Virtual maklerlərə Qarabağ xatırlatması
Tarix: 25.10.2013 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Bu gün dünyada sosial şəbəkələrdə aparılan hər hansı fəaliyyət artıq dövlət siyasətinə çevirilib. Bir çox dövlətlərdə istənilən məsələ ilə bağlı ən tez ictimai rəy sosial şəbəkələr vasitəsilə öyrənilir. Həmçinin burada müxtəlif foto və paylaşım layihələri həyata keçirilir. Bir sözlə, artıq sosial şəbəkələr aktiv təbliğat maşınına çevrilib. Kimsə tanınmaq istəyirsə, çox vaxt öncə sosial şəbəkələrdə öz PR-nı aparır. Qəribədir ki, müasir informasiya axınında sosial şəbəkələrdə verilən xəbərlər bəzən televiziyaları belə ötüb keçir. Hətta televiziya jurnalistləri bəzən sosial şəbəkələrə istinad edirlər.
Bu baxımdan sosial şəbəkələr cəmiyyət arasında öz “inam”ını doğruldub. Hər hansı formadasa əksər insanlar sosial şəbəkələrdən istifadə etdiyindən, bu virtual toplum ictimai həyata daha tez təsir edir. Belə bir vəziyyətdə bəziləri virtual maklerlik edərək sosial şəbəkələrdən qazanc mənbəyi kimi istifadə edirlər. Azərbaycanda xüsusən “Facebook”un imkanlarından bu baxımdan yararlananlar daha çoxdur. Belə ki, onlar “Facebook”da özlərinə 5-10 min dost tapırlar və ya qrup yaradıb 10 min, 100 min üzv toplayırlar. Sonra da müxtəlif saytların xəbərlərini ödənişli formada paylaşırlar. Öz xəbərlərini burada verən saytlarsa, bununla oxucu İP-si yığırlar. Əslində burada mənfi heç nə yoxdur. Amma belə vurtual maklerlərin işində xoşagəlməyən cəhət odur ki, onlar ölkənin ümummilli məsələsi olan Dağlıq Qarabağ həqiqətlərinin də təbliğini təmənna və pulla etməyi təklif edirlər. Hətta bu yaxınlarda Qarabağla bağlı olan beynəlxalq elektron jurnalın baş redaktoruna “Facebook”da yazıların ödənişli paylaşım təklifini ediblər. Deyiblər ki, 120 mindən çox üzvü olan “Facebook” səhifələri var və gündəlik 10 xəbəri 150, 5 xəbəri isə 100 AZN-ə paylaşa bilərlər. Baş redaktorsa xatırladıb ki, Qarabağ problemi ümummilli məsələdir, bunudamı pulla edirlər? Onlarsa “bəli” deyib, heç bir fərqi olmadığını bildiriblər. “Facebook”dan, ümumiyyətlə, istənilən düzgün vasitə ilə kim nədən nə qədər pul qazanırsa öz işidir, halalı olsun. Amma Dağlıq Qarabağın təbliği ilə bağlı olan işdən pul ummaq hər hansı insanımıza yaraşan deyil. Çünki Dağlıq Qarabağ bizim hamımızın ağrılı yerimizdir. Hər kəs var-qüvvəsini səfərbər edib təmənnasız şəkildə Dağlıq Qarabağ həqiqətlərini təbliğ etməlidir. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının ictimai həyata təsir imkanlarının yüksələn xətlə inkişaf etdiyi bir dovrdə bu məsələnin daha geniş miqyasda təbliği artıq zərurətə çevirilib. Bu təbliğatı təmənnasız və əziyyət çəkmədən aparmaq üçün internetdə, eləcə də “Facebook”da geniş imkanlar var. Sadəcə, bunu etmək lazımdır, amma kimdənsə, nəsə ummadan...




 
Müəllifin son yazıları

14.01.2020 Ermənilərin “Arsax” yalanı
23.09.2019 Milli maraqlara əsaslanan siyasətin nəticələri
11.04.2019 Ermənistanda “media soyqırımı”
12.02.2019 İnternet media zamanın tələbidir
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info