“Dünya azərbaycanlılarının milli birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir“
Tarix: 27.07.2020 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Soydaşlarımızın azərbaycançılıq ideyalarının təbliği işinə təşviq edilməsi vacibdir. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi” layihəsi əsasında müsahibələrini davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində tanınmış diaspor nümayəndəsi, Rusiyanın "Rus Velikaya" Beynəlxalq Fondunun vitse-prezidenti Səadət Qarayevanın "News12.az"a müsahibəsini təqdim edirik.

-Azərbaycançılıq ideyasını soydaşlarımızın təbliği nə dərəcədə önəmlidir?

-Qloballaşan dünyada milli kimliyin, adət-ənənələrin qorunub saxlanılması olduqca vacibdir. Biz milli dəyərlərimizi təkcə qlobal təsirlərdən müdafiə etməklə kifayətlənməməliyik, eyni zamanda o dəyərləri dünyada təbliğ etməliyik. Bu mənada azərbaycançılıq ideologiyası bizim bir millət olaraq ayaqda qalmağımız, inkişafımız baxımından önənmlidir. Dünya azərbaycanlılarının milli və ideoloji birliyi üçün onlara azərbaycançılıq ideyalarının aşılanması önəmlidir. Azərbaycanlılar dünyada birliyə nail olsa, bir çox problemlərmiz həllini tapar.
Azərbaycanlıların bir araya gəlməsi üçün azərbaycançılq ideyası mühüm platformadır. İctimai təşkilatların bu istiqamətdə təşəbbüslərlə çıxış etməsini təqdir edirəm.

-Azərbaycançılıq ideyasının tətbiq və təbliğatını vacib edən amillər hansılardır?

- Azərbaycançılıq ideyasının tətbiqi azərbaycançılıq ideologiyası əsasında həyata keçirilir. Azərbaycançılıq ideologiyası real birliyə nail olmaq, Vətənimiz Azərbaycanı qoruyub saxlamaq və inkişaf etdirmək üçün vasitədir. Azərbaycançılıq ideologiyası özündə dilimizi, dininimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi və s. özündə birləşdirir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız azərbaycançılıq ideyasını lazımı səviyyədə praktikada tətbiq etməlidirlər. Əks halda gələcək nəsillər bu ideyadan xəbərsiz böyüyəcəklər. Bunun üçün Azərbaycanda, xüsusən də xarici ölkələrdə gənclərimiz azərbaycançılıq ideyası haqda məlumatlı olmalıdırlar. Bu gün xaricdə dünyaya gələn azərbaycanlı gənclərin Azərbaycan dilində danışa bilməməsi hər birimizdə narahatçılıq yaradır. Yeni nəsilin mənəvi olaraq Azərbaycandan qırılmaması üçün azərbaycançılıq ideyasının təbliğatı daimi aparılmalıdır. Məhz bundan sonra gənclərdə Azərbaycan musiqisinə, rəqslərinə, adət- ənənəsinə, filmlərə maraq artacaq.
Dünya azərbaycanlıları Azərbaycan dövlətinin və xalqının müsbət imicinin formalaşması və artması üçün maksimum çalışmalıdırlar. Xüsusən son zamanlar bu məsələ diqqətdə saxlanılmalıdır. Bu həssas məqamlarda düşmənlərin provokasiyalarına aldanmaq olmaz. Erməni təxribatçıları məqsədli şəkildə aksiyalarda, o cümlədən sosial şəbəkələrdə soydaşlarımıza neqativ çağırışlar edirlər. Düşünürəm ki, indiki zamanda xaricdəki soydaşlarımız, həmçinin Azərbaycandakı gənclər arasında ideoloji təbliğat daha da gücləndirilməlidir. Bu baxımdan da azərbaycançılıq ideyasının təbliğatı mühüm əhəmiyyət kəsb edir.

-Azərbaycançılıq ideyası ilə bağlı qarşıda hansı vəzifələr durur?

-Qeyd etdiyim kimi, mövcud vəziyyətdə dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsi üçün azərbaycançılıq ideologiyası ilə bağlı maarifləndirilmə işi aparmalıdır. Xaricdəki soydaşlarımız, eləcə də diaspor təşkilatı rəhbərləri daxilində yaranmış istənilən fikir ayrılığı, mübahisəli məsələlərin həll olunması ilə bağlı, elə onların iştirakı ilə dəyirmi masalar keçirilməlidir. Bu kimi tədbirlərdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi, o cümlədən azərbaycançılıq ideyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi məsələsi önə çəkilməlidir. Həmçinin xaricdəki azərbaycanlı məktəblilər arasında mütəmadi olaraq “Azərbaycançılıq dərsləri” təşkil etmək olar. İndiki pandemiya dövründə “Azərbaycançılıq dərsləri”ni virtual şəkildə də keçirmək olar. Xaricdə təşkil olunan tədbirlərdə iştirak edən uşaqların ana dilinə sevgisini artırmağa çalışmaq lazımdır. Aktiv gənclərdən ibarət qruplar yaradaraq azərbaycançılıq ideyası sosial şəbəkələrdə təbliğ olunmalıdır.

Ə.Ədilzadə




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
“Həmsədrlərin bugünkü fəaliyyəti mövcud status-kvonu daha da gücləndirməyə xidmət edir”
07.08.2020
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
05.08.2020
Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
04.08.2020
“Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
03.08.2020
“Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info