Azərbaycanın yeni orfoqrafiya lüğəti sentyabr ayında təqdim olunacaq
Tarix: 30.07.2020 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb.

Trend-in məlumatına görə, AMEA-nın Birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə Humanitar və İctimai Elmlər Bölməsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun dilçi alimlərinin iştirakı ilə siqnal variantının müzakirəsi keçirilib.

Akademik İsa Həbibbəyli lüğətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlandığını, müəyyən edilmiş normalara ciddi surətdə əməl olunduğunu bildirib.

Müzakirədə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli, filologiya üzrə fəlsəfə doktorları - “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənli çıxış edərək nəşrlə bağlı müəyyən təkliflərini bildiriblər.

Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilib. Orfoqrafiya lüğətinin yeni nəşri də Dilçilik İnstitutunun Lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlanıb.

Azərbaycan dilinin orfoqrafiya lüğəti sentyabr ayında kitab halında nəşr edilib oxuculara və geniş ictimaiyyətə təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Kitabxana nəğməkar şair Nüsrət Kəsəmənli haqqında videoçarx hazırlayıb
13.08.2020
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olunub
12.08.2020
“İtirdiyim xoşbəxtlik” əsəri özbək dilində nəşr olunub
12.08.2020
Qardaşlıq münasibətlərini qoruyan mədəniyyət
12.08.2020
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info