Altı ayda Azərbaycan 7,7 milyard dollarlıq məhsul ixrac edib
Tarix: 30.07.2020 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Cari ilin 6 ayı ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları olub, qeyri-neft sektoru üzrə isə 911,9 milyon dollar dəyərində ixrac reallaşdırılıb.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon dollar və ya 6,9 faiz azalıb.
Yanvar-iyun ayları ərzində Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon və Çinə 28,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci yarısında Rusiyaya qeyri-neft ixracı 4,3 faiz, İsveçrəyə 30,7 faiz və Çinə 65,5 faiz artıb.

Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında pomidor (162,3 milyon dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 85,7 milyon dollar) ikinci və pambıq mahlıcı (58,6 milyon dollar) üçüncü olub.

Ümumiyyətlə cari ilin ilk 6 ayı ərzində meyvə-tərəvəz ixracı 328 milyon, pambıq lifi ixracı 59,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,9 milyon, kimya sənayesi məhsullarının ixracı 40,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, pambıq ipliyi ixracı 9,9 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 6,5 milyon, şəkər ixracı 7,7 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 11,4 milyon, çay ixracı 4,8 milyon dollar təşkil edib.

İyun ayında qeyri-neft sektoru üzrə ixracın dəyəri 190,4 milyon dolları olub. Xüsusilə iyun ayında yeyinti məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 milyon dollar və ya 10 faiz artıb. Bundan əlavə, qeyri-neft sektoru ixracın ümumi ixracda payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9 faiz artaraq 26,7 faiz olub.
Ötən ay qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya (99,3 milyon dollar), Türkiyəyə (32,9 milyon dollar), İsveçrəyə (24,6 milyon dollar), Gürcüstana (6,2 milyon dollar) və Ukrayna (5,1 milyon dollar) ixrac edilib.
İyunda qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor 39,2 milyon dollar) birinci, təzə albalı və gilas (32,2 milyon dollar), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 21 milyon dollar) üçüncü yerdə qərarlaşıb.




 
Bölməyə aid digər xəbərlər
15.08.2020
Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədləri çap olunacaq
15.08.2020
Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri müəyyən qaydalar çərçivəsində işləyəcək
15.08.2020
Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir - Şöbə müdiri
14.08.2020
“Azərkosmos” “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb
14.08.2020
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
3 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
4 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
5 Hikmət Hacıyev: “Qanunsuz rejimi “azad ölkə” kimi tanıyan Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası danışıqlara vurulmuş ağır zərbədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info