Qurban bayramı ilə əlaqədar 856 vətəndaş online qurbanlıq qoyun alıb
Tarix: 31.07.2020 | Saat: 13:40:00 | E-mail | Çapa göndər



31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən qurbanlıq qoyunların onlayn satışı çərçivəsində 856 vətəndaş tərəfindən 1047 baş qurbanlıq qoyun sifariş edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.
Onun sözlərinə görə, Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 satış məntəqəsi təşkil olunub.
"Onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcud karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır", - M. Musayev qeyd edib.

M. Musayev əlavə edib ki, vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş zamanı ödəyiblər. Məbləğin qalan hissəsinin ödənişi isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman həyata keçirilir. Vətəndaşlara qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada təqdim olunub. Qurbanlığın dəyəri hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödənilir

Qeyd edək ki, qurbanlıq qoyunların kəsimi islami və sanitar-gigiyenik qaydalara tam əməl olunmaqla rəsmi icazəsi olan kəsimxanalarda həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Nazirlik: “100 məhkum cəzadan tamamilə azad edilib”
13.08.2020
Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib parçasıdır
12.08.2020
“ABAD”a yeni sözçü təyin olunub
12.08.2020
Bu il əhaliyə sosial yardım üzrə 3 milyard manatdan çox vəsait ödənilib
10.08.2020
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar ödənilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info