Regionların inkişafı dövlət başçısının həyata keçirtdiyi siyasətin əsas hədəflərindən biridir
Tarix: 31.07.2020 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin regionlarının sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlayır, regionların inkişafı dövlət başçısının həyata keçirtdiyi siyasətin əsas hədəflərindən biridir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Prezidentin bu günlərdə Qobustan, İsmayıllı, Balakən, Şəki və Qəbələ rayonlarına səfəri də bu faktı təsdiqləyir:

"Bu fəaliyyətin də əsas məqsədi paytaxtımızla yanaşı, bütün regionların hərtərəfli və davamlı inkişafına nail olunmasıdır. Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir, yeni infrastuktur qurulur, yollar çəkilir, körpülər salınır, kəndlərimiz qazlaşdırılır, sosialyönümlü obyektlər yenidən qurulur və əsaslı təmir olunur. Bununla yanaşı, yeni müəssisələr yaradılır, insanların məşğulluğu təmin olunur, maddi rifahın yaxşılaşması üçün tədbirlər görülür.

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasına, bu səbəbdən iqtisadiyyatımızın inkişafı templərinin azalmasına baxmayaraq, regionlarda sosial layihələrin gerçəkləşməsi davam etdirilir, cənab Prezidentin təsdiq etmiş olduğu “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ixtisar edilmədən planlı və ardıcıl surətdə uğurla icra olunur.

Bütün bunlar cənab Prezident tərəfindən həm regionlara, həm də orada yaşayan vətəndaşlarımıza, onların sağlamlığına, maddi rifahına göstərilən xüsusi diqqətin təzahürüdür, onun bölgələrə müntəzəm səfərləri isə regionların tarazlı şəkildə inkişafına və müasirləşməsinə xidmət edir. Dövlət başçısının Qobustan, İsmayıllı, Şəki və Qəbələdə koronavirus xəstələri üçün modul tipli xəstəxanaların, ASAN xidmət mərkəzinin, uşaq incəsənət məktəbinin və digər mühüm obyektlərin açılışlarında iştirak etməsi, sonra isə həmin rayonların sosial-iqtisadi inkişafına xidmət edən mühüm sərəncamların imzalaması bir daha təsdiq edir ki, Azərbaycanda regionların inkişafı həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biridir".




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
14.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
14.08.2020
Məğlubiyyətdən doğan isterika: Ermənistandan sərsəm Gəncə bəyanatı
14.08.2020
“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi
14.08.2020
Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info