Reytinqi düşən Nikolun aqibəti sual altındadır
Tarix: 31.07.2020 | Saat: 20:04:00 | E-mail | Çapa göndər



Bu gün Ermənistanda iqtisadi böhran fonunda ölkə rəhbərliyindən narazılıqlar artmaqdadır. Lakin müxalifətin bundan hansı istiqamətdə yararlanacağı da hələ qaranlıq olaraq qalmaqdadır. sual altındadır.

“Təbii ki, hazırda ermənilərin sosial-iqtisadi vəziyyətinin pisləşməsi Paşinyanın və eyni zamanda onun rəhbərlik etdiyi hökumətin reytinqinə mənfi təsir göstərməkdədir. Amma buna baxmayaraq, ölkə müxalifəti lazım olan rebrendinqini, yəni aktiv strategiyasını hələ ki, nümayiş etdirməyib”. Qeyd edək ki, bu fikirləri siyasi strateq Armen Badalyan sabiq erməni prezidenti Robert Köçəryanın bəyanatını şərh edərkən bildirib. Xatırladaq ki, bir neçə gün bundan əvvəl Robert Köçəryan ölkə iqtisadiyyatda baş verən tənəzzülün Ermənistanda daxili siyasi vəziyyətin gözlənilməz hadisələrə gətirib çıxara biləcəyini bildirmişdi. Onun sözlərinə görə, ölkədə kəskin siyasi dəyişikliklərin mümkün olub-olmadığı sualına cavab vermək, hələ ki, çətin olsa da, amma unutmaq lazım deyil ki, 2018-ci ilin mart ayının sonunda da adi bir müxalifət nümayəndəsinin (?) (əslində bunu küçə adamı kimi də təqdim etmək olar-A.B.) baş nazir olacağı elə də inandırıcı görünmürdü.
Köçəryana görə, əslində bunu nə daxildəki, nə də xaricdəki ermənilər gözləmirdilər. Lakin bu baş verdi. Amma bu gün erməni cəmiyyətində yeni hakimiyyətdən narazılığa gəlincə, sabiq prezidentin fikrincə, bu artıq dözülməz həddə çatmaqdadır. Maraqlıdır ki, Köçəryan koronavirus fonunda artan işsizliyin, bağlanan kiçik və orta biznesin, "ölü" turizm sənayesinin və s. ölkədə sosial-iqtisadi vəziyyətin daha da pisləşəcəyinə təkan verəcəyini bildirib. Sabiq prezidentə görə, bu gün hər şey müxalifətin bu narazılıqlara nə dərəcədə reaksiya verməsindən, əslində onu canlandıracağından asılıdır.
Yeri gəlmişkən xatırladaq ki, bu gün ölkədə "Çiçəklənən Ermənistan", ARF "Daşnaktsutyun" və Paşinyanın həbs etdirmək üçün ipucu axtardığı Artur Vanetsyanın “Vətən” fraksiyası Nikola qarşı müxalif kimi fəaliyyət göstərirlər.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Belarus MSK prezident seçkiləri ilə bağlı yekun nəticələri açıqlayıb
14.08.2020
Ermənistanda koronavirusdan ölənlərin sayı 814 nəfərə çatıb
14.08.2020
Atambayevin həbs qərarı qüvvədə saxlanıb
14.08.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 633 nəfərə çatıb
13.08.2020
Zəlzələdən yox, “Metsamor”dan qorxun!

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info