Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir
Tarix: 01.08.2020 | Saat: 09:37:00 | E-mail | Çapa göndər



Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 680 mini keçib.

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 680 mini keçib. Virusa yoluxanların sayı 17 milyon 666 min olub. Dünyada koronavirus infeksiyasından müalicə olunaraq sağalan insanların sayı isә 11 milyon 57 mini keçib.
46 min 119 nəfərin ölümü və 303 min 181 yoluxma faktı ilə epidemiyanın Avropadakı mərkəzi olan İngiltərədə Baş nazir Boris Conson "Covid-19" yoluxmalarının arması səbəbiylə 1 avqust (bu gün) elan etməyi planlaşdırdıqları tədbirləri yumşaltma qərarının 2 həftə təxirə salındığını açıqlayıb.
İtaliyada son 24 saatda yeni növ koronavirusdan 9 adam həlak olub. Bununla da ölkədə insan itkisi 35 min 141-ə yüksəlib. Aktiv xəstələrin sayının 12 min 422 olduğu ölkədə son gündə 379 yeni hadisə qeydə alınıb.
İspaniyada "Covid-19"dan həyatını itirənlərin sayı son 7 gündə 12 artaraq 28 min 445-ə çatıb. Son 24 saatdakı məlumatlara görə, 525 yeni hadisənin aşkarlandığı ölkədə virusa yoluxanların sayı 288 min 522 nəfərə çatıb.
Portuqaliyada son bir gündə "Covid-19"dan 8 nəfər ölüb. Bununla da ölkədə ölənlərin sayı 1 735-ə yüksəlib. 204 yeni yoluxma faktının aşkarlandığı ölkədə virusa yoluxanların sayı 51 min 72 nəfər olub.

Qazaxıstanda ötən gün 1 289 koronavirusa yoluxma faktı qeydə alınıb.

İndiyədək ölkədə ümumilikdə 90 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib.

Meksikada koronavirusdan ölənlərin sayı 46 688 nəfərə çatıb.

İndiyədək ölkədə ümumilikdə 424 637 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib

Məlumata görə, ölkədə virusa yoluxmuş 278 618 xəstə isə sağalıb.

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 152 min nəfəri keçib.

Ölkədə virus qurbanlarının sayı 152 922 nəfərdir.

İndiyədək ölkədə ümumilikdə 4 541 016 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib,

Müalicə alan 2,24 milyon amerikalı sağalıb.

Qeyd edə ki, ABŞ həm "Covid-19" infeksiyasına yoluxma, həm də ölüm hallarının sayına görə dünyada birinci yerdədir.




 
Bölməyə aid digər xəbərlər
15.08.2020
Tehranda yaşayış evində partlayış olub, xəsarət alanlar var
14.08.2020
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb
14.08.2020
Beyrutda baş verәn partlayış zamanı hәyatını itirәnlәrin sayı 177 nәfәrә çatıb
14.08.2020
Türkiyә prezidenti Yunanıstana Şәrqi Aralıq dәnizi ilә bağlı reaksiya göstәrib
14.08.2020
Paris və Marsel şəhərləri koronavirusla bağlı yüksək risk zonaları elan edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info