İanə ilə yaşayan Ermənistan tənəzzülə doğru gedir
Tarix: 01.08.2020 | Saat: 11:53:00 | E-mail | Çapa göndər


Bu gün dünya siyasətçilərinin ən çox müzakirə etdiyi mövzulardan biri də Soros fondunun "rəngli inqilablar"ın həyata keçirilməsinə maraqlı olması, bu məqsədlə külli miqdarda maliyyə vəsaitini xərcləməsidir.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, xaosların yaradılması, onların idarə edilməsi strategiyası üzrə peşəkarlaşan Soros fondunun təsisçisi Corc Soros dünyanın bir çox ölkəsində baş verən təxribatların mərkəzində dayanan ən təhlükəli insan kimi tanınır. Serbiyada, Gürcüstanda, Ukraynada baş verən hadisələrinin, 2018-ci ildə küçə yürüşləri, qanunsuz mitinqlər, kütləvi aksiyalar təşkil etməklə, inqilab yolu ilə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinin əsas dəstəkçisinin Soros fondunun olduğu hər kəsə bəllidir.

Ölkə Prezidenti İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə Ermənistanın bugünkü rəhbərliyinin də Soros fondunun təsiri altında olan adamlardan ibarət olduğuna diqqət çəkib.

Azərbaycanın ərazi bütövlüyünə göz tikən Ermənistatın Tovuz istiqamətində təcavüzkar niyyətinin Silahlı Qüvvələrimiz tərəfindən puç olduqdan sonra Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşklatına üz tutudu. İşğalçı siyasətinə dəstək ala bilməyən Ermənistan, ölkə Başçımızın qeyd etdiyi kimi Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz: “Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır”.

Ermənistan hakimiyyəti bir daha Azərbaycanın beynəlxalq nüfuzunun onlardan qat-qat yüksək olduğunu, KTMT-nin üzv beynəlxalq təşkilatların çoxunun ölkəmizin mövqeyini dəstəklədiyini dərk etdi. Ermənistan hakimiyyəti artıq anlamalıdır ki, təcavüzkar siyasətinin davam etdirərsə ölkələrinin müstəqilliyindən danışmaq bir müddət sonra mümkün olmayacaq. Çünki regionun əsas aparıcı gücü, dövləti Azərbaycandır. Regionda bütün beynəlxalq tədbirlər Azərbaycanın iradəsi ilə, məhz Azərbaycanın istəyi ilə həyata keçirilir. Ermənistanın Tovuz istiqmətindəki təxribatı bir daha göstərdi ki, əksər təşkilatlar Azərbaycanın dəstəkləyir. İlk oaraq qardaş Türkiyə rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ərazi bütövlüyününün bərpası üçün əlindən gələni edəcəyini bəyan etdi. Daha sonra müxtəlif beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Təhlükəsizlik Şurası, ABŞ-ın senatı da ilk dəfə olaraq Azərbaycanın ərazilərinin işğal olduğunu rəsmi tanıdı.Ümumilikdə isə, biz açıq - aşkar bəyan edirik ki, heç bir beynəlxalq güclərin təsiri altında deyilik, biz hansısa havadarların çaldığı mahnıları ifa etmirik. Biz yalnız Azərbaycan xalqının inkişafını, Azərbaycan dövlətinin gülənməsinin və torpaqlarımızın işğaldan azad olmasını istəyirik. Ermənistan hökumətindən tək tələbimiz işğalçı caynaqlarının ölkəmizdən çəkməsidir.




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir
14.08.2020
“Türkiyənin xarici siyasətinin təməlini dialoq və danışıqlar təşkil edir“
13.08.2020
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
13.08.2020
Eldar Namazov: “Türkiyə Minsk Qrupunda öz rolunu oynamalıdır”
13.08.2020
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
3 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
4 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
5 Hikmət Hacıyev: “Qanunsuz rejimi “azad ölkə” kimi tanıyan Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası danışıqlara vurulmuş ağır zərbədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info