ATƏT sədri: “Helsinki Yekun Aktı 45 il əvvəl olduğu kimi, bu gün də aktualdır”
Tarix: 01.08.2020 | Saat: 12:43:00 | E-mail | Çapa göndər



"ATƏT-in daha da güclənməsi və təşkilatın təhlükəsizliyə hərtərəfli yanaşması Helsinki Yekun Aktında təsbit olunmuş əsas prinsiplərə və öhdəliklərə tam hörmət və onların yerinə yetirilməsi ilə bağlıdır".


APA-nın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) saytına istinadən verdiyi xəbərə görə, bunu qurumun fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri Edi Rama Helsinki Yekun Aktının qəbul olunmasının 45 illiyi ilə əlaqədar deyib.

Fəaliyyətdə olan sədr bildirib ki, Helsinki Yekun Aktı ATƏT məkanında 40 ildən çoxdur, insan təhlükəsizliyinin inkişafına vəsilə olub.

"Helsinki Prosesi gərginliklərin azalmasına və Soyuq Müharibənin başa çatmasına səbəb olan şəraitin formalaşmasına mühüm töhfə verib. Bu Akt qarşıdurmadan işbirliyinə keçidi asanlaşdırıb və Paris Xartiyasında nəzərdə tutulan, 1995-ci ildə əsası qoyulan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaranmasına zəmin hazırlayıb", - deyə o qeyd edib.

E. Rama vurğulayıb ki, Helsinki Yekun Aktının qəbulunun ildönümünü xatırlamağın ən doğru yolu bu sənədin prinsiplərinin dövlətlərarası münasibətlərdə reallaşdırılması üçün təcili səylərin göstərilməsi və bu prinsiplərə sadiq qalmaqdır.

ATƏT sədri bildirib ki, Avropa regionunda münaqişələrin mövcud olduğu bir vaxtda təşkilatın işi, eləcə də bütün iştirakçı dövlətlərin xoş niyyəti daha çox lazımdır.

"Sülh və demokratiya sadəcə ortaq sözümüz və üfüqümüz yox, ümumi məqsədimiz olmalıdır. Öz 10 prinsipi, o cümlədən təməl azadlıqlara və insan hüquqlarına hörməti ilə Helsinki Yekun Aktı 45 il əvvəl olduğu kimi, bu gün də aktualdır. Bu tarixi razılıq bütün məsələlərdə heç də ortaq yanaşma sərgiləməyən ölkələr tərəfindən əldə olunub. O vaxt kəskin fikir ayrılıqlarına baxmayaraq, ölkələr uzaqgörənlik nümayiş etdirdilər və yarım əsrdir ki, ATƏT bölgəsinə xidmət edən hərtərəfli təhlükəsizlik sisteminin təməlini qoymağa cəsarət göstərdilər. Biz qətiyyətlə irəliləmək üçün bu ildönümündən ilhamlanmalıyıq", - deyə ATƏT sədri vurğulayıb.

O bildirib ki, etimad və inam yalnız açıq və səmimi dialoq yolu ilə formalaşa bilər, bunun üçün isə davamlı səy, səbr və əzm tələb olunur: "Əminəm ki, ATƏT-in dialoq və birgə fəaliyyət üçün inklüziv platforması onu əməkdaşlıq üçün həlledici və davamlı foruma çevirir".




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
14.08.2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
14.08.2020
Məğlubiyyətdən doğan isterika: Ermənistandan sərsəm Gəncə bəyanatı
14.08.2020
“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi
14.08.2020
Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info