Kanadanın Kalqari şəhərinin mərkəzində Azərbaycanın dövlət bayrağı ucaldılıb
Tarix: 01.08.2020 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


İyulun 31-də Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədilə yürüş-mitinqi təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Alberta–Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızin ucaldılması ilə başlayıb. Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.

Günün ikinci yarısında isə "Olimpik Plaza" binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 nəfər həmvətənimiz qatılıb. Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib. Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, “Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.

Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başa çatıb. Karantin qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.08.2020
“HARDTalk“ verlişi onsuz da Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı
14.08.2020
Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"
14.08.2020
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb
14.08.2020
Rusiyanın qeyri-adekvat münasibəti Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını göstərdi
13.08.2020
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
3 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
4 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi
5 Toyuqlu arpa əriştəli plov -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info