Pandemiya dönəmində QHT-lərin birgə fəaliyyətinin effekti
Tarix: 03.08.2020 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Artıq Azərbaycanda vətəndaş cəmiyyəti institutları kifayət qədər formalaşıb. Bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarəti həyata keçirməsi üçün imkanlar yaradılır. Məhz bunun üçün 2013-cü il 22 noyabrda Prezident İlham Əliyev tərəfindən “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiqlənib. Bu, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində atılan önəmli addımdır. Sənədə görə, vətəndaşlar ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə formalarında ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda iştirak edə biləcəklər. Mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan İctimai Şuranın məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb etməkdir. Eyni zamanda İctimai şuralar dövlət orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil, eləcə də onların fəaliyyətinə ictimai nəzarət edə biləcəklər. Qanun İctimai şuralara dövlət orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına nəzarət etmək imkanı da verir. Qeyd edək ki, qanunun qəbulundan qabaq bir çox dövlət orqanlarının yanında öz təşəbbüsləri əsasında bu və ya digər ad altında məşvərətçi qurumlar fəaliyyət göstərirdi. Lakin “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra dövlət və yerli özünüidarəetmə orqanları yanında İctimai şuraların yaradılması məcburidir. Artıq əvvəllər əksər dövlət orqanlarının yanında yaradılan İctimai şuralar bu qanuna uyğunlaşdırılır. Bütün bunlar həyata keçirilməklə Azərbaycan demokratikləşmə prosesində, eləcə də dövlət- vətəndaş münasibətlərində növbəti mərhələyə qədəm qoyur. Çünki dövlət, idarəçilikdə vətəndaşları üçün nə qədər açıq olduğunu göstərir. Bu, həm də dövlətin vətəndaş cəmiyyəti institutları üçün verdiyi bir imkandır. Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna verdiyi qiymət və bu istiqamətdə həyata keçirdiyi işlər də sözügedən məsələni zəruri edən amildir: “İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər”. Bu günün mövcud pandemiya dönəmi QHT-lərin birgə fəaliyyətini, öz güc və potensialını lazımi istiqamətə, lazımi problemlərə yönəltmək zərurətini ortaya qoyur. Belə bir ərəfədə media və QHT sektorunun vətəndaş cəmiyyətləri olaraq sərgilədiyi mövqe və meydana çıxardığı problemlər və onun həllinə yönəlik ictimai nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin, dövlətin pandemiya ərəfəsində inkişafı və tərəqqəsi üçün vacib olan ən mühüm məqamlar müzakirə olunmaqla çözüm yolları araşdırılır. Pandemiya zamanında vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə gəlincə, deyə bilərik ki, bu missiyanı QHT-lər layiqincə yerinə yetirməkdədirlər.Hələ pandemiyanın ilk günlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası keçirilib. Bu kampaniyaya yüzlərlə QHT qoşulub.
Koronavirusa qarşı mübarizə sahəsində ölkəiçi fəaliyyətlərlə yanaşı həmçinin, müxtəlif formatlı beynəlxalq həmrəylik aksiyaları da keçirilir. Rusiyanın məşhur "Rus Velikaya" Beynəlxalq Fondu da böyük kollektivlə vətəndaşlara immuniteti gücləndirən məhsullar paylayır. Kampaniyanın məqsədi xüsusilə yaşı 65-dən çox olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiyanın 9 şəhərində həyata keçirilən xeyriyyə aksiyasına müxtəlif ölkələrin QHT-ləri də dəstək verir. İndi isə estafeti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorluğu ilə Azərbaycan götürüb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan QHT-ləri ölkənin müxtəlif ərazilərində ehtiyaclı yaşlı insanlara ərzaq yardımları göstərib. Bu kampaniyaya ölkənin 30-dan QHT-si qoşulub. Bu kimi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən digər xeyriyyə kampaniyaları, masrifləndirici videokonfranslar və s. təşkil edilib.
Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan qlobal təhlükədən maksimum az itkiylə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər, mətbuat COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Dövlətin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi işlərə QHT-lərin də yaxından dəstək verdiyini göz önündədir.

Əkbər Hüseynzadə

P.S. Yazı "Cəmiyyətin və vətəndаş münаsibətlərin inкişаfı" İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Regionlarda QHT qanunvericiliyinin təşviqi" layihəsi çərçivəsində dərc olunub.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
19.09.2020
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
19.09.2020
Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək
18.09.2020
“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub
18.09.2020
Azərbaycanda pensiyalarla bağlı bəzi məhdudiyyətlər götürülür

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info