COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər
Tarix: 03.08.2020 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.

Trend xəbər verir ki, COVID-19 sahəsində çalışan 6 italiyalı tibb mütəxəssisi avqustun 3-də Azərbaycana gəlib. İtaliyalı mütəxəssislər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Umberto Boeri jurnalistlərə müsahibəsində Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişaf etdiyini bildirib: “Bu gün Mülki Müdafiə İdarəsinin tibbi heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi bir reyslə Bakıya gəldi. Komanda Piemonte, Toskana, Valle d`Aosta regionlarından və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

Bizdə belə Atalar sözü var: “Əsil sadiq dost ağır gündə bilinir”. İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi dəstəyi unutmur. Beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu əməli fəaliyyətlərlə bir daha təsdiqləyir”.

İtaliyadan gələn həkim briqadasının əlaqələndiricisi, kardioloq Nikolo Tomazoni vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə İtaliyanın təcrübəsini dost Azərbaycan ilə bölüşəcək. Vurğulayıb ki, italiyalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, altı mütəxəssis təxminən iki həftə ərzində Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19-a qarşı mübarizədə və onun qarşısının alınmasında məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirəcək, həmçinin yerli orqanlarla əməkdaşlıq edəcəklər. Səfər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah, Azərbaycanın Səhiyyə Nazirliyi və digər qurumlarla görüşlər keçiriləcək.

“Səfər müddətində xəstəliyin müalicə və profilaktikası istiqamətində bizim mövcud protokollarımız üzərində müzakirələr aparılacaq. Pandemiyanın gələcək proqnozu barədə onların düşüncələri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən proqnozlar bizim üçün maraqlıdır. Payızda xəstəliyin digər respirator xəstəliklərlə yanaşı getməsi ehtimalı var. Bununla bağlı bizim müəyyən hazırlığımız, protokollarımız var”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.

Yerlərdə pandemiya ilə bağlı xüsusi rejimli xəstəxanaların da ayrıldığını söyləyən Ramin Bayramlı deyib: “Qonaqlarımız həmin xəstəxanalarda da olacaq və bizim mütəxəssislərimizin yerlərdə həyata keçirdiyi tədbirlər, xəstəxanalarımızın təchizatı, həkimlərimizin hazırlıq səviyyəsi ilə tanış olacaqlar. Eyni zamanda, təcrübə mübadiləsi aparılacaq. Düşünürük ki, italiyalı həmkarlarımızla birgə xüsusi rejimli xəstəxanalarımızda mütəxəssislərimiz üçün vebinarlar təşkil edək. Gündəlik fəaliyyətlə bağlı bizim mərkəzi təbii qərargahda da müzakirələr aparılacaq. Əminik ki, italiyalı mütəxəssislərin bu dəstəyi və bizimlə birgə çalışması COVID-19-la mübarizəyə mühüm töhfələr verəcək”.

X X X

İtaliyalı mütəxəssislər koronavirusla mübarizə çərçivəsində Azərbaycana gəlib

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, italiyalı mütəxəssislər pandeminya ilə mübarizədə öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşəcəklər: “Azərbaycan mütəxəssisləri də bu sahədə qazandıqları təcrübələrini bölüşəcəklər”.

Prezidentin köməkçisi əlavə edib ki, Çinin Uhan şəhərində fəaliyyət göstərmiş ekspert qrupunun da bu günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
18.09.2020
Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18.09.2020
Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı, 1 nəfər dünyasını dəyişdi
18.09.2020
Deputat və icra başçısı məktəb tikintisi ilə tanış olub
18.09.2020
Şəkidə koronavirusa kütləvi yoluxma olan bazar 3 günlük bağlandı - Operativ Qərargah

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info