“Azərbaycan dilini öyrənmək mümkün deyil“
Tarix: 05.08.2020 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


"Amma sonradan dərk etdim ki, Azərbaycan müsəlman ölkəsidir. Ancaq digərləri ilə müqayisədə daha açıqdır. Çünki daha qapalı ölkələr də var”.


“Venesuelada “Deportivo”da çıxış edirdim. Martda klubda problemləri başladı və futbolçulara maaş verməyi dayandırdılar. Oradan ala bilmədiklərimi istəyirəm. Bunun üçün FİFA-ya da müraciət etmişəm. Belə vaxtda Azərbaycandan təklif gəldi. Tərəddüd etmədən onu qəbul etdim”.

Matc.az xəbər verir ki, bu sözləri “Keşlə”dən ayrılan paraqvaylı futbolçu Lorenzo Frutos ölkəsinin “corica.com.py” saytına deyib. O, Azərbaycan haqda məlumatsız olsa da, Sezar Meza Kollinin ona kömək etdiyini bildirib:

“Ölkə haqda heç nə bilmirdim. Amma paraqvaylı Sezar Meza Kolli “Keşlə”də olduğundan uyğunlaşmaqda çətinlik yaşamadım. Bakının çox gözəl olması məni heyrətləndirdi. Koronavisru səbəbindən çempionat sona 8 tur qalmış dayandırıldı. Mövsüm ərzində 6 qol vurdum və biz Avroliqaya vəsiqə qazandıq. Bu, yaxşı təcrübə idi.

Azərbaycan dilində danışa bilmirəm. Öyrənmək mümkün deyil. Əhalinin bir hissəsi rusca da danışır. Diqqətimi oradakı dini intizam çəkdi. Onlar gündə 5 dəfə ibadət edirdilər. Bunu harada olmalarına baxmayaraq, lap məşqin ortasında yerinə yetirirdilər. Əvvəl başa düşmürdüm. Amma sonradan dərk etdim ki, Azərbaycan müsəlman ölkəsidir. Ancaq digərləri ilə müqayisədə daha açıqdır. Çünki daha qapalı ölkələr də var”.

Hazırda klubsuz olan paraqvaylı yenidən Azərbaycan Premyer Liqasında oynamağın da əleyhinə deyil: “Müqaviləm iyunda başa çatdı. Karyeramı harada davam etdirəcəyimi hələ də bilmirəm. Amma Azərbaycandan təklif olsa, qayıtmaqla bağlı problem görmürəm”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
“Barselona“ mövsümə kubokla başladı -VIDEO
20.09.2020
“Mançester Yunayted“ evdə uduzdu - VIDEO
19.09.2020
Qaret Beyl yenidən “Tottenhem”də
19.09.2020
Pirlodan Suares açıqlaması
19.09.2020
“Barselona“nın müdafiəçisi Premyer Liqa klubuna keçir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info