Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə statistikanı açıqlayıb
Tarix: 05.08.2020 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi COVID-19 pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sistemli tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparıb.

Trend xəbər verir ki, bu barədə avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində qeyd olunub.

Ötən yarımildə vətəndaşlar tərəfindən Baş İdarəyə analoji hallarla əlaqədar daxil olmuş müraciətlərin 100-ü birdəfəlik müavinətin verilməsi ilə bağlı süründürməçilik, 13-ü vətəndaşların xəbəri olmadan adlarına sosial müavinətlərin və digər ödənişlərin köçürülməsinin aşkar edilməsi, 175-i dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının əhaliyə çatdırılmasına məsul olan vəzifəli şəxslərin qanunsuz hərəkətləri, 5-i qanunsuz olaraq sərbəst hərəkət edilməsi ilə bağlı arayışların verilməsi, o cümlədən bununla əlaqədar rüşvət tələb edilməsi, digərləri isə sahibkarlıq subyektlərinin xüsusi karantin rejimi qaydalarını pozması və cari vəziyyətdən sui-istifadə etmə halları ilə əlaqədar olub.

Qeyd olunan müraciətlərə baxılarkən onların müəyyən qismi müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra hallarda cinayət işi başlanmış, digərləri nəzarətdə saxlanılmaqla baxılıb hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə səlahiyyətli dövlət qurumlarına göndərilib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2020
Prezidentin “Facebook“ səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib
20.09.2020
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
20.09.2020
Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir
20.09.2020
Sabah yağış yağacaq
20.09.2020
Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info