Masallıda “Vətənə sevgi ən ülvi hissdir” onlayın konfrans keçirmişdir
Tarix: 05.08.2020 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, SHXÇDX-nın Masallı rayon şöbəsinin, Masallı Gənclər Evi sosial xidmət müəssiəsinin , Masallı rayon Ehtiyatda olan Zabitlər konfederasiyasının və fəal gənclərin iştrakı ilə gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması məqsədi ilə “Vətənə sevgi ən ülvi hissdir” mövzusunda onlayın konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəici Camal Manafov açaraq əvvəlcə konfrans iştrakçılarını salamladı.İdarə rəisi qeyd etdi ki, bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir. Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümüdür.Ölkəmizdə gənclərin bu istiqamətdə tərbiyə olunmasına hələ ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən başlanılıb. Ulu öndər gənclərin himayədarları kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Son dövrlər cəbhədə Azərbaycan Ordusunun uğurları millət olaraq nəyə qadir olduğumuzu bir daha sübüt edir. Qısa müddətdə bütün xalqın hər şeyi kənara qoyub bir yumruq halında birləşməsi vətənpərvərlik ruhunun yetərincə olduğunu göstərdi və Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevi ətrafında sıx birləşdiyini birdaha sübut etdi.
Konvransda Masallı rayon Ehtiyatda olan Zabitlər konfederasiyasının sədir müavini Camaləddin Məmmədov çıxış edərək gənclərdə vətənpərvərlik tərbiyəsi öz vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibliyini vurğulada,
Daha sonra fəal gənclərdən Rövşən Muxtarov çıxış edərək yetişməkdə olan gənc nəslin doğma yurduna mənən və ruhən bağlılığı üçün hər cür şərait və imkanlar yaradıldığını. Bu imkanlardan gəncləri daha böyük əzmlə Vətəninə, doğma Azərbaycanına bağlı olmağa həvəsləndirirlməsindən danışaraq, Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacib olduğunu vurğuladı.

ƏLİHÜSEYN ŞÜKÜROV




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
2 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
3 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
4 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
5 “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info