Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
Tarix: 08.08.2020 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış nəğməkar-şair Cəlal Qurbanov, bu gün dünyasını dəyişən əmisi SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Asosasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanovdan yazıb:
“Zalım həyat! Qəddar tale! Heç açılmayacaq, acımasız sirr kimisən! Zalımsan, bilirsən niyə? Gerçək üzünü yalnız acımadan vurduğun zərbələrlə göstərirsən. Qəddarsan, bilirsən niyə? Ən sevdiklərimizi, ən doğmalarımızı zorla, haqsız və vaxtsız qoparırsan bizdən! Bu gün mənidəmi öz qarşında yenik etdin? Nəslimizin ən sevimlisi, başımızın tacı, gözümüzün nuru, təpərimiz, dayağımız, pilə qəlbli əmimizi aldın əlimizdən. Xanlar əmim... Yoxsan artıq! Amma əmin ol, bu gün aşağı əyilən başımı ölümün yox, baş tacımın önündə əyirəm!. Sənin önündə əyilirəm Xanlar əmim. Sən qarşısında həqiqətən də baş əyiləsi, böyük adam, gözəl kişi idin! Utanmadan hönkürürəm, içim misqal-misqal didilir bu gün. Sağalacağın günə məndən öncə nəvən, oğlum Əli qurban demişdi. Özün qurban getdin haqsız, zamansız ölümə. İndi oğluma - baban artıq yoxdu sözlərini necə deyəcəyimi həqiqətən bilmirəm. Övladlarımın əziz babası... Hələ qardaşın, həm sima həm də ruh əkizi qardaşın – atam, Cavanşirin halını təsəvvür edə bilməzsən... Sanki ruhu səninlə birlikdədi, havadadı. Sanki sənin son nəfəsdə ehtiyacın olan havasızlıqdadı indi... Kimə nə deyim, kimə üsyan edim ??? Əlacım olsa ölümün özünü öldürərdim! Amma gücüm ancaq göz yaşlarıma çatır! Bunu da demədən keçə bilməyəcəm. Artıq neçə gündür ki, Yeni Klinikaya yerləşdirmişdik Xanlar əmimi. Klinikada əmimin müalicəsilə məşğul olan Kəmalə Namazovaya hər zaman təşəkkür borclu olacam. Günlərdir özü xəstə olduğu halda əmimin yanından çəkilmədi. Onu normal vəziyyətə qaytarmaq üçün əlindən gələni etdi və buna da nail oldu. Kəmalə Namazovaya sonsuzadək minnətdar olacam. Peşəsinin öhdəsindən vicdanla gələn Kəmalə xanıma telefonda danışarkən “əllərinizdən öpəcəm ” dedim! Sizə minnətdaram və əllərinizdən öpürəm Kəmalə xanım! Tibb bacıları Sevinc xanıma, Aida xanıma, Lalə xanıma və digər tibb bacılarına əziyyətinizi əmimə halal edin deyirəm... O cümlədən başda ürək-damar cərrahı Rəşad Mahmudov başda olmaqla digər həkim heyətinə də çox sağ olun deyirəm. Kəmalə xanımın nəzarəti altında onların hamısı bütün güclərini səfərbər etmişdilər əmimi sağlamlığına qovuşdurmuq üçün. Onlar yaxşı bilirdilər ki, xəstələri sadə bir azərbaycanlı olmaqla bahəm həm də bu xalq üçün dəyərli xidmətləri olan bir ziyalıdı. SSRİ İdman ustası, Respublikanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim, Milli İdman Növləri Asosasiyasının prezidenti, Avropa Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti, "Tərəqqi” medalının sahibi, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Xanlar Qurbanov... Bütün titulları adına yaraşan insan idi Xanlar əmim. Xəstə olduğu müddətdə əmim Xanlar Qurbanovun hər zaman yaxın çevrəsində olan bütün dostlarına – sadə insanlara, o cümlədən Nazir və Millət vəkillərinə bu neçə gündə Əmimlə bağlı çəkdikləri əziyyəti halal etmələrini istəyirəm. Tanrı hər birinizin əzizlərini qorusun!
Əslində hər birimiz inanırdıq ki, əmim sağalacaq.
Ancaq nə təəssüf ki, bu gün səhərə yaxın xırda bir narahatlıq ucbatından növbətçi həkimin təcrübəsizliyi səbəbindən, bizə- doğmalarına, yaxınlarına xəbərdarlıq etmədən onu intubasiya etməklə sizin də əməyinizi yerə vurdu! Bir nəfərin qeyri-peşəkar yanaşması hamımızı peşiman və məyus etdi... Bu da taleyin son acı zərbəsi... Ruhun şad olsun, görüşənədək əziz əmim...”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info