Prezidentin şəhid ailələrinə və müharibə əllilərinə qayğısı hər zaman yüksək olub
Tarix: 08.08.2020 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin uzun illərdir apardığı siyasətin mərkəzinə hər zaman vətəndaş amili dayanıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, ölkəmizdə insanların sosial rifahının gücləndiriməsi istiqamətində hər zaman davamlı və sistemli tədbirlər həyata keçirilib:

“Koronavirus pandemiyasına qədər də belə olub. Pandemiya dövründə vətəndaş amili xüsusən daha önə çıxarıldı. Yəni dövlət başçısı pandemiya dövründə iqtisadi fəallığı deyil, vətəndaşların sağlamlığını və rifahını əsas götürdü. İnsanlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün çox davamlı tədbirlər müəyyənləşdirilib həyata keçirildi”.

Deputat həmçinin bildirib ki, şəhid ailələrinə və müharibə əllilərinə xüsusi qayğı hər zaman Prezidentin nəzarətində olub:

“Cənab Prezident İlham Əliyev bu təbəqədən olan insanlara xüsusi diqqət yetirərək bu günə qədər 8000-dən çox şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə fərdi evlərin və mənzillərin verilməsi həyata keçirilib. 2020-ci ildə isə bu rəqəmin rekord həddə çatdırılması nəzərdə tutulur. Belə ki, ötən il 934 mənzil və fərdi ev verilmişdisə, ondan əvvəl bu say 500-700 civarında olurdusa, 2020-ci ildə müvafiq kateqoriyadan olan vətəndaşlara 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub ki, bunun da bir hissəsi artıq təqdim olunub.

Eyni zamanda bu təbəqədən olan insanlara verilən müavinətlərin artırılması, 242 manatdan 300 manata çatdırılması da məhz ölkə Prezidentinin bu insanlara olan qayğısının bazir nümunəsidir”.

C.Osmanov əlavə edib ki, şəhid ailələrinə 11000 manat birdəfəlik müavinətlərin verilməsi artıq başa çatmaq üzrədir və bu günə qədər 18000-dən çox şəhid ailəisinə bu vəsaitin verilməsi təmin edilib:

“Eyni zamanda bu günə qədər bu təbəqədən olan insanlara 7000-ə yaxın minik avtomobili verilib və bu il 400 ədəd minik avtomobilinin verilməsi həyata keçiriləcək.

Sadaladığım bu tədbirlər bir daha göstərir ki, bu təbəqədən olan insanlara cənab Prezidentin diqqət və qayğısı hər zaman yüksək olub”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var
25.09.2020
Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
25.09.2020
Prezident İlham Əliyev: Danışıqlar imitasiya naminə aparılmamalı, nəticəyönümlü və məzmunlu olmalıdır
25.09.2020
Prezident: İşğalçı dövlət olan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır
24.09.2020
Araz Əzimov: Ermənistan rəhbərliyi münaqişənin həlli ilə bağlı təklifləri rədd etməklə danışıqları mənasız edir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
3 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
4 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
5 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info