Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir
Tarix: 08.08.2020 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq”.

Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova qeyd edib ki, bu sözləri avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Millət vəkili xüsusi vurğulayıb ki, COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan təcrübəsi dünyada örnək təşkil edir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq. Cənab Prezidentin müşavirədə dediyi sözlər dövlətin, ölkə Prezidentinin öz vətəndaşına olan münasibətini özündə dəqiq ehtiva edir: “bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.

Cənab Prezident müşavirədə insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən təşkilatı tədbirlərlə yanaşı, pandemyanın sosial fəsadlarının aradan qaldırılması, insanların sosial rifahının qorunması sahəsində görülən işlər haqqında da ətraflı məlumat verdi: “O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir.”

Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaş durur və cənab Prezident hər zaman vətəndaşın yanındadır.




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi dayandırılır
25.09.2020
Toyların keçirilməsinə icazə verilərsə, qayadlar necə olacaq? - RƏSMİ AÇIQLAMA
25.09.2020
“Berliner Press” nəşri Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı ümumi debatlarda çıxışı barədə məlumat dərc edib
25.09.2020
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 42,5 milyon manat ayrılıb - SƏRƏNCAM
25.09.2020
Vəkillər Kollegiyasının Aparat rəhbəri vəzifəsindən azad edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info