“Şərqi Aralıq dənizində razılaşmanı pozan və etibarı sarsıdan Yunanıstandır“
Tarix: 10.08.2020 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Türkiyənin bir televiziya kanalında gündəmlə bağlı sualları cavablandıran İ.Kalın sözügedən mövzu ilə bağlı deyib


Türkiyə Prezident Aparatının (Cumhurbaşkanlığı) sözçüsü İbrahim Kalın Şərqi Aralıq dənizində razılaşmanı pozan və etibarı sarsıdan tərəfin Yunanıstan olduğunu söylədi.

Türkiyənin bir televiziya kanalında gündəmlə bağlı sualları cavablandıran İ.Kalın sözügedən mövzu ilə bağlı deyib: “Şərqi Aralıq dənizində Misir və Yunanıstan arasında “Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılması haqqında” müqavilə imzalanıb. Türkiyə təxminən 2,5 aydır ki, Yunanıstanla müzakirələr aparırdı. Ünvan olaraq tərəfsiz bölgə kimi Berlinə getmiş, orada da danışmış, tam razılaşmış, hətta xarici işlər nazirliklərimiz ortaq şərh üçün mətn də hazırlamışdı. Birdən Yunanıstan Misirlə belə bir müqavilə bağladığını açıqladı. Mövzu ilə əlaqədar yunanlı həmkarımla danışdım, "Prezidentimizin təlimatına əsasən etdik” dedi. Biz isə Yunanıstanla Misirin müqaviləsini qəbul etmirik. Çünki bu, yenə Türkiyəni Şərqi Aralıq dənizindən kənarlaşdırmaq və bizi Antaliya körfəzinə məhkum etmək üçün bir hücum sayılır. Belə müqaviləni qəbul etməmiz mümkün deyil.

Şərqi Aralıq dənizilə bağlı Türkiyənin iki təməl prinsipi var: birincisi, Türkiyənin öz dəniz səlahiyyət sahələri, ikincisi, Qıbrız (Kipr) türklərinin haqq və mənfəətləridir. Biz bu məsələlərin dialoq yoluyla həll edilməsi tərəfdarıyıq. Burada razılaşmanı pozan və etibarı sarsıdan Yunanıstan tərəfidir. Yunanıstan Avropa İttifaqına söykənərək Türkiyə əleyhinə işlər görür. Onların gerçək yüzünü, zənn edirəm ki, Avropa bilir."




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
İsrailli mer müavini: Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir
23.09.2020
Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür
22.09.2020
Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır
22.09.2020
Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var
22.09.2020
“Paşinyanın etdikləri ilə Yaxın Şərqdəki terror təcrübəsi Cənubi Qafqaza keçə bilər”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info