Abay Kunanbayev bütün türk xalqlarının həmişəyaşar yaradıcılıq abidəsi
Tarix: 10.08.2020 | Saat: 21:55:00 | E-mail | Çapa göndər



Görkəmli qazax şairi Abay Kunanbayev bütün türk xalqlarının həmişəyaşar yaradıcılıq abidəsi, hər zaman qəlbimizdə yeri olacaq tarixi şəxsiyyətdir.


Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu (AYB) söyləyib.
Abay Kunanbayevin anadan olmasının 175 illiyinə və haqqında yazılan kitabın təqdimatına həsr olunan konfransın səmərəli başa çatdığını diqqətə çatdıran Yaqub Öməroğlu deyib: “Ümummilli lider Heydər Əliyev hər zaman Abay Kunanbayevin şəxsiyyətinə ehtiram göstərib. Şairi qazax xalqının fəxri və xalqının xoşbəxtliyi adlandıran Ulu Öndərin böyük şairin anadan olmasının 150 illiyi münasibətilə təşkil olunan yubiley mərasimindəki çıxışı təkcə qazax ictimaiyyəti tərəfindən deyil, bütün türk dünyasının böyük məhəbbətlə qarşılanıb”.

Qeyd edək ki, iyulun 10-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Qazaxıstanın Azərbaycandakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və Dövlət Pedaqoji Universiteti birgə nəşr etdikləri görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin 175 illik yubileyi münasibətilə “TÜRKSOY Kitabxanası” seriyasından professor Elman Quliyevin “Abay Kunanbayev” kitabının təqdimatına həsr olunmuş videokonfrans keçirib. Videokonfrans Yaqub Öməroğlunun sədrliyi ilə keçirilib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
18.09.2020
Musiqili Teatr mövsümü “Ər və arvad”la açıq elan edəcək
18.09.2020
Üzeyir Hacıbəyli və musiqi xadimlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info