“Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri var”
Tarix: 11.08.2020 | Saat: 12:18:00 | E-mail | Çapa göndər



“Strateji tərəfdaş olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri var”.

APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç deyib.
O, Bakıya səfəri zamanı keçirəcəyi görüşlər vasitəsilə iki ölkə arasında daha yüksək səviyyədə əməkdaşlığa nail olacaqlarına inamını ifadə edib.
“Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı dərinləşdirməkdir. Bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik, həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər vacib istiqamətlər üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik. Lakin eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq sahəsində müzakirələr apardıq. İnanırıq ki, bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər. İki ölkə prezidentləri, hökumətləri və xalqları arasında həqiqi dostluq münasibətləri iqtisadi sahədə də öz əksini tapa bilər. Biz Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən də məmnunuq. Onlar çox çalışqandır və səmərəli fəaliyyət göstərir. Biz inanırıq ki, bu əməkdaşlıq daha da genişləndirilə bilər və bunun üçün böyük potensial var. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər və inanıram ki, bu əməkdaşlıq gələcəkdə iki ölkəni daha da yaxınlaşdıracaq”, - deyə N. Stefanoviç qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
17.09.2020
Livanlı qaçqınların Dağlıq Qarabağa real axını barədə Rusiyanın təsdiqlənmiş məlumatı yoxdur
17.09.2020
Livandan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi cinayətdir
16.09.2020
Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür
16.09.2020
Azərbaycan heç vaxt imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info