Vyana Texnologiyalar Universiteti Bakıda ilk Magistr proqramına müsabiqə elan edib
Tarix: 11.08.2020 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Avropa və Amerikada xeyli rəğabət qazanmış bu proqramı başa vuran yüzlərlə məzun karyeralarında yüksəlişə nail olublar

Xarici universitetlərin yüksək səviyyəli ixtisaslarına yiyələnmək indi daha asan oldu. Avropa Qitəsinin ən qabaqcıl ali təhsil müəssisələrindən olan Vyana Texnologiyalar Universitetinin “Mühəndisliyin İdarə edilməsi” (“Engineering Managment”) adlı magistr proqramı müasir əmək bazarının tələbatlarına uyğun daim yenilənən kontenti ilə cari ilin Noyabr ayından etibarən Bakıda fəaliyyət göstərəcək.

Trend-in məlumatına görə, bu Magistr Proqramını başa vuran məzunlar Vyana Texnologiyalar Universitetinin diplomunu əldə edir, bundan əlavə təhsil müddətində Avropa Universitetlərinin tələbələrinə şamil olunan imkanlardan yararlana biləcəklər. Belə ki, təhsil müddətində tələbələr Avstriyada yaşamaq hüququnu alır, universitet kampusundan, kitabxanasından faydalana bilir, universitetin məzunlar klubunun üzvü olur və sair.

Proqramda nəzərdə tutulmuş dərslər yalnız ingilis dilində ayda bir dəfə həftəsonunda keçirilən 13 modul üzrə paylanıbdır. Beləliklə, 11 modul Bakıda, 2 birləşmiş modul isə Vyana şəhərində tədris olunacaqdır. Təhsil müddəti 3 semestrdir və 2020-ci ilin Noyabr ayından 2022-ci ilin May ayınadək davam edəcək. Dərslər həm akademik, həm də sənaye sahəsinin beynəlxalq səviyyəli peşəkar mütəxəssisləri tərəfindən tədris olunacaqdır. Proqrama hər hansı bir sahədə bakalavr dərəcəsi olan namizədlər müraciət edə bilər.

Bakıda təhsil almaq istəyən Azərbaycan, Gürcüstan, Rusiya, İran və Qazaxıstan vətəndaşları, habelə sadalanan ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşları üçün təqaüd tətbiq olunacaq və təhsil haqqı 11.500 Avro səviyyəsində hesablanacaq. Qeyd edək ki, Vyanada bu proqramın təhsil haqqı 19.900 Avro təşkil edir.

İdarəetmədə yüksəlmək istəyənlər Bakıda fəaliyyətinə başlayan Vyana Texnologiyalar Universitetinin proqramına qatılmaqla öz hədəflərinə nail ola bilərlər. Bunun üçün 31 Avqust 2020 il tarixinədək doldurulmuş anket engineering_baku@tuwien.ac.at email ünvanına göndərilməlidir.

Qəbul üçün tələb olunan sənədlərin siyahısı ilə http://tuwien.at/baku-track linkə keçid edərkən tanış olmaq olar. Proqram keyfiyyətinə nəzarət məqsədiylə nəzərdə tutulan tələbə sayı məhdudlaşdırılıbş

Odur ki, müraciət üçün tələsin, yerlər məhduddur!

Əlavə məlumat üçün: www.azerobotics.com/embaku/




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
25.09.2020
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
25.09.2020
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır
24.09.2020
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
24.09.2020
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info