Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib
Tarix: 11.08.2020 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşəbbüsü ilə 11 avqust tarixində xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn konfrans baş tutub.

Gənclər Fondundan Trend-ə bildirilib ki, konfransda son aylarda xaricdəki soydaşlarımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan ordusuna dəstək məqsədilə keçirdikləri aksiya və yürüşlər müzakirə olunaraq, ölkə xaricində yaşayan gənclərimizin bu yöndə görə biləcəkləri işlər müzakirə olunub.

Tədbirdə çıxış edən Gənclər Fondunun nümayəndələri gənclərimizin xaricdə təhsil alması, şəxsi inkişafı və müxtəlif layihələrin icrası üçün daim fond tərəfindən dəstəkləndiklərini, xaricdə təhsil proqramı və müxtəlif qrant müsabiqələri vasitəsilə onlara maliyyə dəstəyinin göstərildiyini bildiriblər.

Onlayn konfransa qoşulan xaricdə təhsil alan gənclərimiz çıxışlarında ölkə xaricindəki soydaşlarımızın hansı formada təşkilatlana biləcəklərini və bunun üçün hansı addımlar atılmalı olduğunu müzakirə ediblər.

Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi xaricdə təhsil alaraq ölkəmizə qayıdan, müxtəlif sahələrdə öz təcrübə və biliklərini tətbiq edən gənclərimizə ölkə başçımız tərəfindən böyük diqqət və dəstəyin göstərildiyini xüsusilə vurğulayıb.

Qeyd edək ki, Gənclər Fondunun rəsmi səhifəsindən canlı yayımlanan konfransa yüzlərlə gənc qoşulub.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info