Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb
Tarix: 11.08.2020 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


11 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.

Nazir Mövlud Çavuşoğlu Ceyhun Bayramovu səmimi salamlayaraq, onu Türkiyədə qəbul etməkdən məmnunluq bildirib.

Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərin inkişafından məmnunluq ifadə etdi və bu münasibətlərin daha da genişləndirilməsi petspektivlərini müzakirə etdilər.

İki ölkə arasında mövcud əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bundan sonra da davam etdiriləcəyindən əminlik ifadə edildi.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi sonuncu təxribatdan danışaraq, Türkiyə dövlətinin hər zaman olduğu kimi Azərbaycanın haqq mövqeyinə nümayiş etdirdiyi dəstəyi məmnunluqla qeyd etdi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyünə hörmət və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyi vurğulandı.

Görüşdən sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirildi.




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
19.09.2020
Prezident: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
19.09.2020
Prezident: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
19.09.2020
Prezident: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
19.09.2020
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info