İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
Tarix: 12.08.2020 | Saat: 12:00:00 | E-mail | Çapa göndər


”1 ay öncə Ermənistan-Azərbaycan sərhədində düşmən növbəti dəfə silahlı təxribata əl atdı, bizim mövqelərimizə atəş açdı, yaşayış məntəqələrimizi atəşə tutdu. Bu təxribat nəticəsində hərbçilərimiz şəhid oldu, yaralandı, mülki şəxslər arasında da həlak olanlar oldu. Bu, növbəti təxribat idi. Bundan əvvəlki dövrlərdə də Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atdılar. Azərbaycanın geosiyasi xəritədə mövqelərinin dayanmadan möhkəmlənməsi, Ermənistan rəhbərliyinin öz ölkəsində nüfuz sahibi ola bilməməsi, daxildə ciddi narahatçılıq yaradıb. 2016-cı ilin aprel ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu cənab Ali Baş Komandanın rəhbərliyi ilə onlara tutarlı cavab verdi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirib. Tovuz döyüşləri bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Eyni zamanda bu döyüşlərdə ordumuz öz peşəkarlığını göstərdi”

Bu sözləri Neftçala Rayonun İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov və rayon hüquq mühafizə orqanlarını rəhbərləri ilə Tovuz döyüşlərində yaralanan Neftçala şəhər sakini, Azərbaycan Ordusunun zabiti baş leytenant Talıbov Saleh Bilal oğlunu ziyarət edərkən qeyd edib.

Covid-19 koronavirus pandemiyası zamanı məhdud sayda şəxsin iştirakı ilə keçirilən görüşdə onun qayğıları və müalicəsinin necə davam etməsi ilə yaxından maraqlanıb. Rayon Mərkəzi Xəstəxasına xüsusi diqqətin ayrılması ilə bağlı müvafiq tapşırıqlar verilib. ⠀

Zabitimiz öz döyüş xatirələrindən, ordumuzun zəfərindən söhbət açıb, tez bir zamanda səhhətində irəliləyiş gözlədiyini və ordu sıralarına yenidən qayıtmaq istədiyini vurğulayıb. Talıbov Saleh özü və ailə üzvləri Ali Baş Komandanın əmri ilə ordumuzun sıralarına hər an qoşulmağa hazır olduqlarını qeyd ediblər və Prezident İlham Əliyevə göstərilən xüsusi diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Ədliyyə Nazirliyi: Bu il 2 minə yaxın məhkum vaxtından əvvəl cəzadan azad olunub
25.09.2020
Baş nazir təhsil müəssisələrində köçürmələrlə bağlı qərara dəyişiklik edib
25.09.2020
Azərbaycanda 101 nəfər koronavirusa yoluxdu, 137 nəfər sağaldı, 2 nəfər vəfat etdi
24.09.2020
Azərbaycanda 162 nəfər koronavirusa yoluxdu, 133 nəfər sağaldı, 1 nəfər vəfat etdi
24.09.2020
Millət vəkili və icra başçısı imtiyazlı ailələrə baş çəkdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info