Ceyhun Bayramov “CNN Türk“ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
Tarix: 12.08.2020 | Saat: 12:29:00 | E-mail | Çapa göndər


12 iyul tarixindən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindən başlayaraq Ermənistan silahlı qüvvələri növbəti təxribat həyata keçiriblər.

Trend-in məlumatına görə, bunu Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə səfəri çərçivəsində "CNN Türk" kanalına müsahibəsi zamanı deyib.
Nazir bildirib ki, həmin təxribatın çox aydın həm siyasi, həm hərbi məqsədləri var idi. Bu təxribat işğalçı Ermənistan dövlətinin Dağlıq Qarabağdan kənar bir bölgədə iki dövlət sərhədində yeni bir gəginlik, alovlanma ocağının yaradılması ilə özlərinin üzv olduğu siyasi təşkilatları, ora üzv olan dövlətləri bu gərginliyə qatmaq məqsədi daşıyırdı:

"Eyni zamanda Ermənistan rəhbərliyi yeni münaqişə ocağı yaratmaqla Ermənistanın daxilində olan sosial-iqtisadi gərginlikdən, pandemiyanın ölkəyə təsirlərindən əhalinin diqqətini yayındırmağa çalışırdı.

Digər bir tərəfdən isə Ermənistan bu münaqişə ocağını məhz regional böyük layihələrin keçdiyi istiqamətdə etməyə çalışırdı".

Nazir qeyd edib ki, Azərbaycan Ordusunun qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistan hərbi birləşmələri geri otuzduruldu, bu təxribatın qarşısı alındı. Əfsuslar olsun ki, bu erməni təxribatı nəticəsində Azərbaycan hərbçiləri şəhid oldu: "Mən bir daha onların yaxınlarına, ailə üzvlərinə, Azərbaycan xalqına başsağlı verirəm.

Bu təxribat zamanı Ermənistan tərəfi növbəti dəfə öz terrorçu mahiyyətini üzə çıxardı. Ermənistan ordusu tərəfindən mülki yaşayış məntəqləri atəşə tutuldu, 76 yaşlı kənd sakini bu atəşlərin qurbanı oldu. Bu, ilk hadisə deyil, bu, Ermənistan hərbi birləşmələrinin bir qayda olaraq əl atdıqları yoldur. Bunlar Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha bəlli edir.

Bu həmin Ermənistandır ki, ASALA və digər terror təşkilatlarını dəstəkləməklə dünyada bir çox terror hadisələri törədib, qardaş Türkiyə də bu terror aktlarının qurbanı olub.

Dağlıq Qarabağ və ətraf əraziləri də işğal edərkən Ermənistan terrordan çox geniş istifadə edib".




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Sahibə Qafarova: Ermənistan BMT-nin və digər nüfuzlu beynəlxalq qurumların qərarlarına əhəmiyyət vermir
23.09.2020
Volodin Moskvada Sahibə Qafarova ilə danışıqlar aparacaq
22.09.2020
Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı Səfiri ilə görüşüb
22.09.2020
Sahibə Qafarova Rusiya Federal Məclisi Federasiya Şurasının sədri ilə görüşüb
21.09.2020
Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info