Professor Aytən Mustafazadə beynəlxalq onlayn forumda çıxış edib
Tarix: 12.08.2020 | Saat: 18:16:00 | E-mail | Çapa göndər



Avqustun 12-də “Gənclər 2020: Qlobal həmrəylik, davamlı inkişaf və insan hüquqları” mövzusunda Səmərqənd onlayn forumu öz işinə başlayıb. Forum Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin, BMT-nin Baş katibi Antoniu Quterreşin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başeletin, Parlamentlərarası Birliyin Katibi Martin Çunqonqun, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun rəhbəri İnqibyorq Solyrun Gisladottirin, hökümət nümayəndlərinin, beynəlxalq və regional qeyri-hökümət təşkilatlarının nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin, milli insan hüquqları institutlarının, gənclər təşkilatlarının, KİV nümayəndələrinin iştirakı ilə təşkil olunub.


Konfransda Azərbaycanı AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə və AMEA Hüquq və müəssisənin Beynəlxalq hüquq şöbəsinin müdiri Ramin Qurbanov iştirak edirlər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın “Davamlı İnkişaf Məqsədləri və gənclərin hüququ” mövzusunda bölmə iclasında əsas problemlərin müəyyənləşdirilməsi ilə bağlı müzkirələr aparılıb.

İclasda çıxış edən professor Aytən Mustafazadə diqqətə çatdırıb ki, bu gün Azərbaycanda gənclər siyasəti ölkənin dövlət siyasətinin vacib tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəallığı ilə fərqlənir, ictimai, humanitar, iqtisadi və siyasi tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin qabaqcıl qüvvəsinə çevrilib. Gənclərin potensialının, bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi, həmçinin onların cəmiyyətdə layiqli yer tutmalarını təmin edən mühitin yaradılması üçün dövlət tərəfindən müəyyən edilən gənclər siyasəti çərçivəsində tədbirlər həyata keçirilir. O çıxışında qeyd edib ki, , Ermənistan işğal altında olan ərazilərimizin sülh yolu ilə qaytarılması istiqamətində atılan addımlara müsbət cavab vermir. Aytən Mustafazadə diqqətə çatdırıb ki, Prezident İlham İlham Əliyevin apardığı gənclər siyasətində işğal altındakı ərazilərimizdən olan gənclərə xüsusi diqqət ayrılır.

“Ziyalıların nümayəndəsi olaraq qeyd etmək istərdim ki, bəşəriyyətin inkişafındakı elmin rolu inkar edilə bilməz, insan fəaliyyətinin bütün sahələrinə təsir göstərən elm yeni biliklərin doğulmasını, təhsilin inkişafını, həyat keyfiyyətinin yaxşılaşdırılmasını və texnoloji tərəqqini təmin edir. Azərbaycanda elmin inkişafında gənclərin rolu əvəzedilməzdir. Gənclər bütün digər sahələrdə olduğu kimi, elmi sahədə də uğurlar qazanmağa, ölkənin inkişafına töhfə verməyə, onu dünya səhnəsində ləyaqətlə təmsil etməyə çalışırlar. Gənclər siyasətində əsas məqsəd gənclərin müxtəlif sahələrdə biliklərini genişləndirmək, təkmilləşdirmək, onların təcrübə qazanması və digər imkanlar əldə etməsi üçün şərait yaratmaqdır”, - deyə professor Aytən Mustafazadə bildirib.

Səmərqənd onlayn forumu öz işini avqustun 13-də də davam etdirəcək. Konfransda beynəlxalq və regional təşkilatların, milli insan hüquqları təsisatlarının, beynəlxalq və milli QHT-lərin, gənclər təşkilatlarının 1000-ə yaxın nümayəndəsi iştirak edəcək, 50-dən çox mütəxəssisin çıxışı dinləniləcək.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
24.09.2020
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb
24.09.2020
Onlayn dərslər uşaqların pisixologiyasında nələri dəyişəcək?
24.09.2020
Ən çox subbakalavr II ixtisas qrupu üzrə ali məktəbə daxil olub
24.09.2020
Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
3 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
4 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
5 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info