Qardaşlıq münasibətlərini qoruyan mədəniyyət
Tarix: 12.08.2020 | Saat: 18:31:00 | E-mail | Çapa göndər



Avqustun 12-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Türkiyənin Azərbaycandakı Yunus Əmrə Mərkəzinin rəhbərləri arasında görüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, görüş zamanı mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev və elmi katib Cavid Əliyev Yunus Əmrə Mərkəzinə yeni təyin olunmuş Selçuk Karakılıça uğurlar diləyərək qurumlar arasındakı 4 illik əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildiriblər.

Xatırladaq ki, sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycan və ümumiyyətlə türk xalqlarının ortaq mədəniyyətinin tədqiqi və təbliği istiqamətdə hər iki qurumun birgə səyləri nəticəsində bir sıra beynəlxalq layihələr reallaşdırılıb. Onların sırasında “Türk xalqlarının uşaq oyunlarının beynəlxalq festivalı”, “Ebru” sənətinə həsr olunmuş metodiki vəsait, bir sıra təqdimatlar və digər layihələr xüsusi yer tutur.

“Ölkələrimiz arasında olan qardaşlıq münasibətlərini qoruyan əsas amillərdən biri məhz mədəniyyətdir”, – deyən A.Usubəliyev sözügedən qardaşlığın əbədi olacağına əminliyini ifadə edib.

Bu fikirləri dəstəklədiyini qeyd edən Yunus Əmrə Mərkəzinin direktoru Selçuk Karakılıç əməkdaşlığa açıq və hazır olduğunu bildirib və daha sonra reallaşa biləcək birgə layihələr ətrafında müzakirələr aparılıb.

Belə ki, aparılan müzakirələr çərçivəsində ədəbiyyat və ortaq tarix ətrafında birgə tədqiqatların aparılması, mədəniyyət işçiləri üçün təlimlər, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin qarşılıqlı tanıdılması, habelə təbliğat və maarifləndirici layihələrin birgə reallaşmasına dair razılıqlar əldə olunub. Təcrübə mübadiləsi çərçivəsində hər iki tərəfin müvafiq ixtisaslar üzrə mütəxəssislərin qarşılıqlı əlaqələri, əməkdaşlığı möhkəmləndirməklə yanaşı müsbət təcrübənin paylaşılmasına da xidmət edəcəyini bildirən müəssisələrin rəhbərləri davamlı əlaqələrin zəruriliyini vurğulayıblar.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Qara dul qadın” filminin premyerası təxirə salınıb
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Tural Gəncəliyev: Ermənistan parlamentində müzakirə olunan “Soyqırımı məsələləri haqqında” qanun layihəsi dünya ictimaiyyətini aldatmağa yönəlib
2 Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
3 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
4 Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
5 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info