“İtirdiyim xoşbəxtlik” əsəri özbək dilində nəşr olunub
Tarix: 12.08.2020 | Saat: 19:38:00 | E-mail | Çapa göndər



“Qarabağ hekayələri” silsiləsindən “İtirdiyim xoşbəxtlik” adlı antologiya toplusu özbək dilində işıq üzü görüb. Topluda müxtəlif müəlliflərin əsərləri yer alıb.

AZƏRTAC xəbər verir ki, kitaba ön sözü əsərin müəllifi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva yazıb. Görkəmli özbək professoru, türkoloq Babaxan Şərif kitaba yazdığı təqdimat Azərbaycan həqiqətləri və onların bədii əsərlərdə inikası, habelə iki qardaş ölkənin sarsılmaz dostluğunda ədəbiyyatın mühüm rolu barədə fikirlərini bölüşüb. Kitabı özbək dilinə gənc şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Şahistə Artukova çevirib.

Antologiyanın redaksiya heyətinin üzvləri arasında ziyalılarla yanaşı, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, eləcə də imzası azərbaycanlı oxuculara da yaxşı tanış olan “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm (Özbəkistan), tanınmış yazıçı-tərcüməçisi İmdat Avşar (Türkiyə) yer alıblar. Gələcəkdə ikinci cildinin də nəşri planlaşdırılan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Postpandemiya dövründə Özbəkistanda və Azərbaycanda antologiya ilə bağlı geniş təqdimat mərasimlərinin keçiriləcəyini diqqətə çatdıran Q.Paşayeva deyib: “Qardaş Özbəkistan xalqı və dövləti Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə edir. Ermənilərin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı biz bunun bir daha şahidi olduq. İnanırıq ki, bu yeni nəşrlə qardaş ölkə ictimaiyyətinin daha geniş məlumatlanmasına müəyyən qədər xidmət etmiş olacağıq. Antologiyada yer alan hekayələrin oxucuların marağına səbəb olacağına, bununla da yeni münasibətlərin, əməkdaşlıqların yaranacağına inanırıq”.

Mədəniyyət komitəsinin sədri nəşrin ərsəyə gətirilməsində əməyi keçənlərə, hekayələrin müəlliflərinə, redaksiya heyətinə, “AZMAN Holdinq"ə, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai birliklərinin kollektivlərinə, nəfis dizayn və poliqrafik işlərini təmin edən nəşriyyatın rəhbərliyinə təşəkkürünü bildirib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2020
“Qara dul qadın” filminin premyerası təxirə salınıb
23.09.2020
Opera səhnəmizin “Nigar”ı
22.09.2020
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
21.09.2020
“Emmi“ mükafatının qalibləri açıqlanıb
19.09.2020
Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info