“ABAD”a yeni sözçü təyin olunub
Tarix: 12.08.2020 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsdə yeni təyinat olub.

Palitranews-un xəbərinə görə, quruma yeni sözçü təyin olunub.

Belə ki, Ləman Əhmədova "ABAD"ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri təyin edilib. Ləman Əhmədova artıq vəzifəsinin icrasına başlayıb.

Məlumat üçün bildirək ki, L.Əhmədova Bakalavr və magistr dərəcəsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya ixtisası üzrə alıb. 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsində aparıcı məsləhətçi vəzifəsi üzrə çalışıb. Həmçinin ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzinin rəhbəri vəzifəsini icra edib. O bu günə kimi, karyera mərkəzi çərçivəsində bir sıra təlimlər və xüsusəndə rəqəmsal marketinq sahəsi üzrə layihələr həyata keçirilib. Layihələrdən biri öz rəğbətini qazanmış SMM Business Breakfast-dır.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Daha 3 rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi
25.09.2020
İşləyən əlillər üçün qısaldılmış iş saatı tətbiq edilməlidir
23.09.2020
Gələn ildən övladlığa uşaq götürənlərə müavinətlər verilə bilər - RƏSMİ
22.09.2020
Hövsanın Bağlar yaşayış massivinin sakinləri telefonsuz qalıblar - Fotolar
21.09.2020
Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info