İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək
Tarix: 12.08.2020 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


İran Hərtərəfli Birgə Fəaliyyət Planında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif İran hökumətinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, İranın nüvə proqramı ilə əlaqədar hər hansı planın olması haqda məlumatı yoxdur.

Qeyd edək ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində İranın nüvə proqramında dəyişikliyin olması və nəticədə sanksiyaların ləğvi ilə əlaqədar planın hazırlandığı yayılıb.

Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İran nüvə sazişi çərçivəsində neft satışını və onun pulunu əldə etmək niyyətindədir.

İran ötən il sentyabrın 5-də növbəti, 3-cü addımın atıldığını elan edib. Bu addıma əsasən İran yeni nəsil sentrifuqalarla uranı zənginləşdirəcək və zənginləşdirilən uran qalıqlara qarışdırılmayacaq.

İran həmçinin, ötən il noyabrın 5-də nüvə sazişində öhdəliklərin azaldılması ilə əlaqədar 4-cü addımı atdığını elan edib. Belə ki, Fordo nüvə obyektində sentrifuqalara uran qazı vurulmağa başlayıb.

İran bu il 5 yanvarda nüvə sazişindəki 5-ci (sonuncu) addımı atdığını və bundan sonra sazişdə İranın hər hansı məhdudiyyətinin olmayacağını elan edib.

Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
İsrailli mer müavini: Azərbaycanda tolerantlıq yüksək qiymətləndirilir
23.09.2020
Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür
22.09.2020
Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır
22.09.2020
Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etmək hüququ var
22.09.2020
“Paşinyanın etdikləri ilə Yaxın Şərqdəki terror təcrübəsi Cənubi Qafqaza keçə bilər”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info