AzTU Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək
Tarix: 12.08.2020 | Saat: 21:34:00 | E-mail | Çapa göndər



Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (BDPTM) işgüzar görüş keçirib. Mərkəzin direktoru Rəşad Xanlarov bildirib ki, burada 9 ixtisas üzrə tədris aparılır. BDPTM 30-dan çox yerli və xarici şirkətlə əməkdaşlıq edir. Qeyd edilib ki, cari ildən mərkəzdə nəqliyyat və informasiya sahələri üzrə üçillik kurslar açılıb. Bu kursları bitirən məzunlar subbakalavr dərəcəsi ilə AzTU-da və digər universitetlərdə təhsil almaq imkanı əldə edir.

Qonaqlar avtomobil təmiri servis mərkəzi, avtomatika, inşaat, informasiya texnologiyaları, mexanika, elektrotexnika və energetika sahələri üzrə tədris aparılan emalatxanalarla tanış olub. Həmçinin mərkəzdə müəllim kimi çalışan AzTU məzunlarının fəaliyyəti barədə də ətraflı məlumat verilib.

Rektor Vilayət Vəliyev mərkəzdəki ixtisaların AzTU-nun “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları”, “Nəqliyyat və logistika”, “Energetika, elektrotexnika və avtomatika” fakültələrinin bəzi ixtisaslarına uyğun olduğunu vurğulayıb. Rektor məzunların işə qəbulu, təcrübə proqramlarında iştirakı, həmçinin BDPTM və AzTU-nun müəllimləri arasında əməkdaşlığın vacibliyindən danışıb. Görüş zamanı müəssisələr arasında işçi qrupun yaradılması, birgə tədris proqramlarının hazırlanması, nəzəri və praktiki təlimlərin təşkili və əməkdaşlıq memorandumunun imzalanacağı da bildirilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2020
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan olunub
22.09.2020
AzTU ilə “İdrak Texnoloji Transfer“ arasında əməkdaşlıq memorandumu imzalandı
22.09.2020
Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər keçiriləcək
21.09.2020
I-IV siniflər üzrə 7 868 şagirdin valideyni övladını məktəbə göndərməkdən imtina edib
21.09.2020
Təhsil Nazirliyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyi ilə bağlı açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info