“Nağdsız ödənişlərə dəstək verin!” çağırışlı videoçarx hazırlanıb
Tarix: 12.08.2020 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir. Qurumun “Nağdsız ödənişlərə dəstək verin!” sosial çağırışlı növbəti videoçarxı da bu qəbildəndir.

Trend-in məlumatına görə, videoçarxda istehlakçıların POS-terminallardan istifadə etməsinin vacibliyi diqqətə çatdırılır, eləcə də kartla və birbaşa təmas olmadan ödənişin virusdan qorunmaq baxımından əhəmiyyəti vurğulanır. Videoçarx nağdsız ödənişlərin üstünlüklərini təbliğ edən maarifləndirici tədbirlərin davamıdır. “Alış-veriş zamanı POS-terminaldan istifadə edin!”, “Kartla ödəyin, hətta virusdan qorunun!”, “Nağdsız ödənişlərə dəstək verin!” çağırışları pandemiya və “kölgə iqtisadiyyatı” ilə mübarizənin vəhdətini yaradır.

Videoçarxın daha bir hədəfi vergi ödəyicilərini maliyyə sanksiyalarına məruz qalmaqdan qorumaqdır. Belə ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə həmin aparatların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Videoçarx bu məqamı vurğulamaqla, istehlakçılarla yanaşı, sahibkarların da maarifləndirilməsinə xidmət edir.

Qeyd edək ki, nağdız ödənişlərin stimullaşdırılması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin prioritet istiqamətləridəndir. Bu, həm də “kölgə iqtisadiyyatı”nın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2020
“Alınan mallar geri qaytarılmır” kimi lövhələr asan mağaza sahiblərinin nəzərinə - Cərimələnəcəksiz
22.09.2020
Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq
21.09.2020
Bakıda Qazaxıstanın Ticarət Evi açılacaq
21.09.2020
Sənaye üsulu ilə əkilən kartof sahələrindən 300-350 sentner məhsul götürülür
19.09.2020
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11602

1 “Azərbaycan öz məmləkətimizdir“
2 Türksat 5A rabitә peyki noyabr ayında kosmosa buraxılacaq
3 Ətli dovğa
4 Kolumbiyada hindular ispan konkistadorun heykəlini uçurub
5 Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info