Jurnalistlər üçün onlayn formatda təlimlər təşkil olunacaq
Tarix: 03.09.2020 | Saat: 11:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlər təşkil olunacaq.

Fonddan Trend-ə verilən məlumata görə, Türkiyənin tanınmış media təlimçiləri – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık və “TRT”, “Kanal D”, “Star TV” televiziya kanalları, habelə bir sıra digər qabaqcıl informasiya agentliklərində zəngin təcrübəyə malik təlimçi-jurnalist Bora Balar tərəfindən keçiriləcəkdir.

Təlimlərin keçirilmə tarixləri və mövzuları aşağıdakılardır:

1-ci Təlim: 10 sentyabr 2020-ci il – Ali Murat Kırık - “Müasir dövrdə mətbuatın əsas funksiyaları: məlumat istehsalı və emalı”;

2-ci Təlim: 11 sentyabr 2020-ci il – Ali Murat Kırık - “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlığının artırılması”;

3-cü Təlim: 14 sentyabr 2020-ci il – Bora Balar - “Müasir jurnalistika: rəqəmsal texnologiyalarla birlikdə dəyişən yeni dövrün jurnalistikası”;

4-cü Təlim: 15 sentyabr 2020-ci il – Bora Balar - “Jurnalistikada saxta xəbər problemi: “fake news” və “deep fake”.

İştirak etmək arzusunda olan jurnalistlər Fondun rəsmi saytında müvafiq qeydiyyat formasını doldurmaqla təlimdə iştirak üçün müraciət edə bilərlər.

Təlimdə iştirak etmək üçün müraciətlər 2020-ci il sentyabr ayının 6-sı saat 00:00-dək təqdim edilməlidir.

İştirakçıların seçimi namizədin müraciət formasının tərkib hissəsi olan əsaslandırmaya dair ekspert tərəfindən təqdim olunmuş rəy nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Müvafiq təlimdə iştirak hüququ qazanmış namizədlərə 2020-ci il 9 sentyabr saat 18:00-dək müraciətlərində qeyd edilmiş əlaqə vasitələri ilə müvafiq məlumat veriləcəkdir.

Təlimdə iştirak etmiş iştirakçılara Fond tərəfindən müvafiq sertifikat və xatirə hədiyyələri təqdim ediləcəkdir.

Fond tərəfindən jurnalistlər üçün təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
14.09.2020
Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
01.09.2020
Baş Prokurorluq Əli Həsənovun cinayət işinə cəlb olunması xəbərlərinə aydınlıq gətirdi
28.08.2020
KİVDF-dəki qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir
02.07.2020
“Ermənistanda “oliqarx“ qruplar və ya klanlar arasında daxili çəkişmələrlə xarakterizə edilən sistem mövcuddur”
23.06.2020
Azərbaycan “Tvinninq” layihəsinə görə liderdir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info