Təkrar sığorta fəaliyyəti ayrıca lisenziyalaşdırılacaq
Tarix: 31.10.2013 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Azərbaycanın sığorta sektorunda mühüm dəyişiklik gözlənilir - "Sığorta fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişikliklərə əsasən sığorta və təkrarsığorta fəaliyyəti ayrıca lisenziyalaşdırılacaq. Qanuna təklif olunan dəyişikliklərdə təkrarsığorta xidmətlərinin təkrarsığorta fəaliyyətinə alınmış ayrıca lisenziya əsasında göstərilməsi nəzərdə tutulur.
Başqa sözlə, əgər hazırda hər hansı sığorta növünü həyata keçirməyə icazəsi olan sığortçı həmin sığorta növünün əhatə etdiyi sığorta sinifləri üzrə təkrar sığorta xidmətləri də göstərə bilərdisə, qanuna ediləcək dəyişikliklərdən sonra təkrar sığorta xidmətləri üçün ayrıca lisenziya almaq lazım olacaq.
Digər mühüm dəyişiklik isə icbari sığorta növlərinin təkrar sığortasına aiddir. Belə ki, qanuna edilən növbəti dəyişikliyə əsasən icbari sığorta növünü həyata keçirməyə icazəsi olmayan sığortaçı həmin növ üzrə təkrarsığorta fəaliyyəti göstərə bilməz.
Bununla da təkrar sığorta fəaliyyəti həyata keçirmək istəyən sığorta şirkəti paralel olaraq təkrar sığorta fəaliyəti üçündə lisenziya almaq üçün nəzərdə tutulan tələbləri yerinə yetirməlidir. Buradan belə ehtimal etmək olar ki, şirkət məcmu kapitalını daha 10 milyon manat (təkrarsığorta şirkətləri üçün nəzərdə tutulan məbləğ) artırmalıdır.
Qeyd edək ki, hazırda ölkənin sığorta bazarında yalnız 5 şirkətinin hazırki məcmu kapitalı nəzərdə tutulan əlavə tələbləri yerinə yetirməyə imkan verir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19.02.2020
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
19.02.2020
Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılır
19.02.2020
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gedib
19.02.2020
MSK Mingəçevir seçki dairəsi üzrə 3 məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info