Fizika üzrə Nobel mükafatı laureatı AMEA-nın Fizika İnstitutunda olub
Tarix: 31.10.2013 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Bu gün –oktyabrın 31-də Bakıda rəsmi açılışı olmuş III Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizə gəlmiş tanınmış alman fiziki, Nobel mükafatı laureatı, Maks Plank adına Ştutqart Elmi-Tədqiqat İnstitutunun professoru Klaus fon Klitsinq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda olub.
Elmin İnkişafı Fondundan bildiriblər ki, görüşdə bu fondun keçirdiyi qrant müsabiqələri çərçivəsində Fizika İnstitutunda reallaşdırılan iki pilot layihəsi üzrə yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturlarının, nanotexnologiyalar sahəsində dünyanın elmi cihazlar istehsal edən qabaqcıl şirkətlərinin ən modern cihaz, qurğu və avadanlığının alınaraq bu elm müəssisəsində quraşdırılması, ABŞ-da, Yaponiyada kadrların ixtisaslarının artırılması, institutun qısa vaxtda müasir tələblərə cavab verən ən müasir cihazlarla təchiz olunması barədə qonağa ətraflı məlumat verilib.
Professor Klaus fon Klitsinq görülən işlərin səviyyəsini və perspektivini yüksək qiymətləndirmiş, bu istiqamətdə fikir və mülahizələrini bildirmiş, tövsiyələrini verib.




 
Bölməyə aid digər xəbərlər
29.05.2020
Dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur
29.05.2020
COVID-19 infeksiyasına qarşı mübarizədə ictimai nəzarət sistemi yaradılıb
29.05.2020
QMİ sədri BMT-nin beynəlxalq video-konfransında iştirak edib
29.05.2020
Sakinlərin nəzərinə! Bu tarixdə küçəyə çıxmamaq tövsiyə olunur
29.05.2020
Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
3 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
4 “Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları”
5 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olubla


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info