“Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib
Tarix: 14.09.2020 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Republikasının Nazirlər Kabineti 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də dəyişiklik edib.

Trend-in məlumatına görə, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 873; 2016, № 9, maddə 1553) ilə təsdiq edilmiş “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndin ikinci abzasında, 5.2-ci və 6.6-cı bəndlərdə,

1.4-cü və 6.2-ci bəndlərin birinci cümlələrində, 2.1.12-ci, 3.5.1-ci və

5.1.2-ci yarımbəndlərdə, 2.1.5-ci yarımbəndin ikinci cümləsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.

2. 1.2-ci bənd üzrə:

2.1. “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;

2.2. “kollegiya qərarlarını” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını” sözləri əlavə edilsin.

3. 1.5-ci bənddə “fəaliyyətinə dair illik hesabatı” sözləri “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin.

4. 1.6-cı bənddə “təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur” sözləri “müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət TarixEtnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur” sözləri ilə əvəz edilsin.

5. 1.7-ci bənd ləğv edilsin.

6. 2.1.3-cü yarımbənddə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Qoruqları İdarəetmə

Mərkəzi” sözləri ilə əvəz edilsin.

7. 2.1.4-cü yarımbəndə “qadağan edilməsi üçün” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilsin.

8. 2.1.5-ci yarımbənddə “hazırlayır” sözü “Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “təsdiq edildikdən sonra” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin,” sözləri əlavə edilsin.

9. 2.1.6-cı yarımbənd üzrə:

9.1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında” sözləri çıxarılsın;

9.2. “təmirini planlaşdırır və təşkil edir” sözləri “təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə

Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilsin;

9.3. “bu işlərin” sözlərindən əvvəl “Qoruqları İdarəetmə Mərkəzi” sözləri əlavə edilsin.

10. 2.1.7-ci yarımbəndə “Qoruq” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilsin və həmin yarımbənddə “tədbirlər görür” sözləri “Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilsin.

11. 2.1.10-cu yarımbənddə “inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir” sözləri “inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir” sözləri ilə əvəz edilsin.

12. 2.1.11-ci yarımbəndə “elmi tədqiqatlar” sözlərindən əvvəl “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə” sözləri əlavə edilsin.

13. 2.1.12-ci yarımbəndə “təbliğ edir” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə” sözləri əlavə olunsun və həmin yarımbənddə “təşkil edir” sözləri “keçirir” sözü ilə əvəz edilsin.

14. 2.1.13-cü yarımbəndin birinci cümləsində “aparılmasını müvafiq qaydada təşkil edir” sözləri “aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyində” sözləri “Dövlət Turizm Agentliyində” sözləri ilə əvəz edilsin.

15. 4-cü hissədə birinci cümlə 4.1-ci bənd hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda 4.2-ci və 4.3-cü bəndlər əlavə edilsin:

“4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqları İdarəetmə Mərkəzi tərəfindən toplanılır.

4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.”.

16. 5.1.3-cü yarımbəndə “uyğunlaşdırılmasını” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla” sözləri əlavə edilsin.

17. 5.1.6-cı yarımbənddə “cəlb etmək” sözləri “cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək” sözləri ilə əvəz edilsin.

18. Aşağıdakı məzmunda 5.1.7-ci yarımbənd və 5.3-cü bənd əlavə edilsin:

“5.1.7. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsinə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasına, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətin təşkilinə və müxtəlif növ pullu xidmətlər göstərilməsinə və qanunvericiliyə zidd olmayan gəlir əldə edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək.

5.3. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir.”.

19. 6.1-ci bənd üzrə:

19.1. “fəaliyyətinə” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə” sözləri əlavə edilsin;

19.2. “mədəniyyət və turizm naziri” sözləri “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin.

20. 6.3.6-cı yarımbənd üzrə:

20.1. “qaydada” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla” sözləri əlavə edilsin;

20.2. “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin.




 
Bölməyə aid digər xəbərlər
16.09.2020
Ölkəmizə gələn turistlər arasında sorğu keçirilib
14.09.2020
“Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib
13.09.2020
ATAA: Hazırda Azərbaycandan xaricə səyahət edənlərin çoxu Türkiyəni seçir
12.09.2020
İspaniyanın iki turizm istiqaməti 2020-ci ilin ən populyar siyahısında yer alıb
11.09.2020
Azərbaycanın təşəbbüsü ilə türkdilli dövlətlərin Turizm təşkilatı yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
4 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
5 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info