Prezident: Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir
Tarix: 15.09.2020 | Saat: 09:50:00 | E-mail | Çapa göndər


Bu gün gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir.
Trend-in məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində deyib.


Dövlət başçısı bildirib:

"Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək".




 
Bölməyə aid digər xəbərlər
19.09.2020
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi
19.09.2020
DTX bəzi internet saytlarında və sosial şəbəkələrdə yayılan siyahı ilə bağlı iddialara aydınlıq gətirdi
19.09.2020
MN: Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır
19.09.2020
SOCAR: Bakı NEZ-in təmiri müddətində daxili tələbat üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var
19.09.2020
Tofiq Yaqublu məsələsində ən anlaşılmaz öz qızının tutduğu mövqe oldu

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
4 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
5 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info