“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”
Tarix: 01.11.2013 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzusunda dəyirmi masa işə başlayıb. Dəyirmi masanın gündəliyindəki məsələlər - “Yeni texnologiyalar və müasir media”, “KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsindən qarşılıqlı əlaqələrə və tolerantlığa doğru”, “Ənənəvi jurnalistika və sosial şəbəkələr” hər biri ayrıca paneldə müzakirə olunur.
Dəyirmi masanı açan AzərTAc-ın baş direktoru Aslan Aslanov gündəliyə daxil edilmiş məsələlər barədə məlumat verib. Baş direktor dəyirmi masanın medianın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, habelə müasir KİV-lər qarşısında çağırışların nəzərdən keçirilməsi məsələlərinə həsr edildiyini bildirib. Rusiyanın “İTAR-TASS” agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluq etdiyi birinci paneldə müasir medianın yeni texnologiyaların tətbiq edilməsi üçün əlverişli zəmin olması məsələləri müzakirə olunub. Bu paneldə Böyük Britaniyanın “Allting Ltd.” şirkətinin sədri, şair, dramaturq Devid Perri, ABŞ-ın Kolumbiya Universitetinin Yaxın Şərq İnstitutunun dosenti Devid Kemeron Katel, Türkiyənin “Anadolu” Agentliyinin baş direktoru Kamal Öztürk, Rumıniyanın AGERPRES Agentliyinin baş direktoru Aleksandru Giboy, Qazaxıstanın “Kazinform” Agentliyinin baş direktoru Dauren Diyarov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev məruzələrlə çıxış ediblər. İkinci və üçüncü panel iclaslarında isə müxtəlif xalqlar, irqlər, mədəniyyətlər, dinlər və sosial qruplar arasında qarşılıqlı anlaşmanın daha da aktuallaşdığı yeni minillikdə insanların bir-birini daha yaxşı tanımaları və başa düşmələri məsələsində, dözümlülüyün möhkəmlənməsində jurnalistikanın rolu, ənənəvi informasiya sənayesi ilə sürətlə inkişaf edən sosial media arasında əlaqələr müzakirə olunacaq.




 
Bölməyə aid digər xəbərlər
03.06.2020
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur
03.06.2020
“Qızıl Psixeya“ 21- ci Milli Müsabiqəsində Loqos laureat adına layiq görülüb
03.06.2020
“Sədərək“ Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi
03.06.2020
Bu yerlərdə maskadan istifadə edilməlidir
02.06.2020
Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
2 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
3 Badımcan sırdağı - VİDEO
4 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
5 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info