Azərbaycan-İran sərhəd çayları üzərində 5 körpü salınır - Səfir
Tarix: 15.09.2020 | Saat: 11:08:00 | E-mail | Çapa göndər


"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi regional və dünya üzrə ən önəmli dəhlizlərdən biridir.

Bunu Trend-ə açıqlamasında İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi deyib.

Səfir bildirib ki, bu dəhliz bir tərəfdən İran İslam Respublikası və Azərbaycan Respublikasının dəmiryol şəbəkəsini birləşdirir, digər tərəfdən isə Hindistandan Rusiyaya, hətta Şərqi Asiyadan Avropa qitəsinədək çoxcəhətli yükdaşıma üçün münasib imkan yaradan infrastrukturdur: "Bu dəhliz daha sərfəli və daha təhlükəsiz tranzit yollarından biri olduğuna görə İran və Azərbaycanın gündəmindəki əsas layihələrdən biridir. Hazırda bu layihənin daha tez icrası üçün eyni zamanda bir neçə addım atılmaqdadır. Bunlardan İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun inşası, İran Astarasında dəmiryol terminalının inşası, həmçinin iki ölkənin sərhəd çayları üzərində 5 körpünün salınmasını qeyd etmək olar. Pandemiya ilə əlaqədar bu layihələrin icrası bir neçə aylıq təxirə salınsa da, əldə olunan razılaşmalar və məsləhətləşmələrlə tezliklə inşa işləri yenidən başlayacaq. Xatırladım ki, dəhlizdə bəzi istiqamətlər (dəmir yolu) hələ təkmilləşmədiyinə görə məhsullar Fars körfəzindən Astara dəmiryol terminalına və əks istiqamətdə yük maşınları və dəmiryolu vasitəsi ilə daşınmaqdadır. Eyni zamanda, pandemiyanın ilk çətin dövrlərində məhsul tranzitinə imkan yaradan Azərbaycan rəsmilərinə dərin təşəkkürümü bildirirəm".

Səfir Seyid Abbas Musəvi qeyd edib ki, Azərbaycana səfər etməzdən öncə İranın Azərbaycanla sərhədindəki 4 vilayətlə yaxından tanış olub: "İran Astarasında dəmiryolu terminalının inşa olunması iki ölkənin sərhəd layihələrindən biridir. Əlbəttə, bu istiqamətdə işlər sürətləndirilməlidir. İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonu ilə Azərbaycanın İmişli rayonu arasında birgə sənaye parkının yaradılması planı var. Bu plan yekun memorandumun tənzimlənərək imzlanması üçün iki ölkənin texniki komitələri tərəfindən araşdırılır. Bundan başqa, Astaraçay üzərində avtomobil körpüsünün inşa olunması, Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi də iki ölkənin gündəmində olan layihələrdəndir. Ümid edirəm ki, tezliklə bununla əlaqədar irəliləyişin şahidi olacağıq".




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Ceyhun Bayramov BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
18.09.2020
Ceyhun Bayramov və Aİ Komissarı yeni sazişin tamamlanmasının vacibliyini müzakirə ediblər
18.09.2020
Ceyhun Bayramovun Ermənistanın qanunsuz fəaliyyəti barədə məktubu BMT sənədi kimi dərc olunub
17.09.2020
Milli Məclisin nümayəndə heyəti Rusiyaya rəsmi səfər edəcək
17.09.2020
Nazirlər Kabineti iki qərarını ləğv etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
2 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
3 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
4 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
5 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info