Dövlət qulluğuna qəbul üçün sentyabrın 10-da keçirilən imtahanda uğur qazananların 82 faizi gənclər olub
Tarix: 16.09.2020 | Saat: 12:21:00 | E-mail | Çapa göndər


Sentyabrın 10-da inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda müvəffəqiyyət əldə edən 516 nəfər (uğur əldə edənlərin təqribən 82.4%-i,) 20-29 yaş intervalında olan namizədlərdir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 730 nəfəri kişi, 687 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 661 nəfər (qeydiyyatdan keçənlərin 90.5%-i), qadınlar üzrə isə 625 nəfər (qeydiyyatdan keçənlərin 91.%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 21 nəfər (10 kişi, 11 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 6 nəfər (1 kişi, 5 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 8 nəfər imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 516 nəfər (uğur əldə edənlərin təqribən 82.4%-i, 241 kişi və 275 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 102 nəfər (40 kişi və 62 qadın) lazım olan balı toplaya bilib.

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 595 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 31 nəfərdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfəri (44.2%) müvəffəqiyyət əldə edib:

"Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri daha yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 730 kişidən 283 nəfər (38.8%), 687 qadından isə 343 nəfər (49.9%) uğur əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Bu imtahandan uğur qazanan və sertifikat əldə edən şəxslər həmin vakant vəzifələr üzrə müsahibələrdə iştirak edəcəklər".




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Goranboyda yüksək bal toplayan tələbələrlə görüş keçirilib
25.09.2020
Təhsil Nazirliyi xaricdə təhsil alan vətəndaşlara müraciət edib
25.09.2020
Bu gündən ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır
24.09.2020
Plan yerləri yüksək faizlə dolan ali məktəblərin adları açıqlandı
24.09.2020
Gəncə Alüminium Kompleksində AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
2 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
3 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
4 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
5 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info