“Elektron hökumət”in töhfələri
Tarix: 01.11.2013 | Saat: 14:45:00 | E-mail | Çapa göndər
Ölkəmizdə "Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanıb və Prezidentin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradıldı.
RİTN isə bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "elektron hökumət”in formalaşdılrması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq etdi Bu il isə Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ölkədə elektron hökumətin qurulması istiqamətində görülən işlərdə də bir sıra yeniliklərə səbəb oldu. Ümumilikdə isə İKT-nin müxtəlif sahələrdə tətbiqi istiqamətində görülən işlərdə aktivliyin artması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Azərbaycan hökumətinin informasiya-kommunikasiya texnologiyaları istiqamətində yürütdüyü siyasət nəinki vətəndaşlar arasında alqışla qarşılanır, bir çox xarici ölkələrin mətbuatında da qısa zaman kəsiyində görülmüş işlər işıqlandırılır və əcnəbi jurnalislər bu inkişafı heyrətlə qarşılayırlar. Prezident İlham Əliyevin yenidən ölkə başçısı seçilməsindən sonra andiçmə mərasimində çıxış edərək, məhz bu sahə üzrə xüsusi qeydlər etməsi də qarşıdakı illərdə sözügedən sahənin prioritet məsələ olacağından xəbər vermiş oldu. İlham Əliyev çıxışında bildirmişdi: “Hökumətin informasiya-kommunikasiya texnologiyaları istiqamətində yürütdüyü siyasət bundan sonra da davam etdiriləcək. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir”. Ölkə başçısı böyük ümidlərinin əlbəttə ki, elektron xidmətlərə olduğunu söyləyib: "Elektron hökumət" layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır. "ASAN xidmət"in qısa müddət ərzində böyük rəğbət qazanması isə bu əminliyi daha da artırır". “ASAN xidmət”in elektron hökumətin qurulması və neqativ halların aradan qaldırılması istiqamətində verdiyi töhfələr doğrudan da danılmazdır. Bundan başqa son bir ayda elektron hökumətlə bağlı görülən digər işlər də alqışlanmalıdır. Azərbaycanda artıq vətəndaşların elektron müraciətlərin icrasının yoxlanılması imkanının yaradılması isə sözün həqiqi mənasında bu istiqamətdə görülən işlərin yaxın vaxtlarda daha da yüksək nəticələr verəcəyindən xəbər verir.
Artıq vətəndaşların Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Elektron hökumət" (www.e-gov.az) portalı vasitəsilə vətəndaşlara elektron müraciətlərin icra vəziyyətinin yoxlanılmasına imkan yaratması ilə bağlı müsbət rəyləri də artmaqdadır. Maraq üçün bildirək ki, RİTN-in portal vasitəsilə vətəndaşlara təqdim etdiyi e-xidmətləri arasında "Elektron sifarişlərin icra olunması barədə məlumat" adlı xidmət yer alır. Artıq bu xidmət vasitəsilə vətəndaşın PİN koduna uyğun e-ərizələrin icra olunması barədə məlumat almaq mümkündür.Təbii ki, vətəndaşları əvvəllər cətin olan bu prosesin bu şəkildə asanlaşadırılması məmnun etməyə bilməzdi.
Bundan əlavə artıq Xarici İşlər Nazirliyinin (XİN) "Elektron hökumət" portalına qoşulmasını da Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunduğu bir ildə bu sahədə atılan daha bir uğurlu addım kimi qiymətləndirmək olar. Hazırda isə portal jurnalistlərin xarici KİV-də akkreditə olunması üzrə sənəd və müraciətlərin qəbulu üzrə XİN-in elektron xidmətinə birləşdirilib. Xidmət XİN-də akkreditə olunmaq üçün lazım olan sənədləri ilkin olaraq təqdim edən xarici KİV nümayəndələri üçün nəzərdə tutulub. Xidmətdən istifadə isə pulsuzdur.
Qısası, ölkəmizdə təkcə bəzi sosial problemlərin həllinə deyil, demokratiyanın inkişafına təsir edən amillərdən biri olan "Elektron hökumət”in formalaşdırılması və bu istiqamətdə görülən müxtəlif tədbirlər öz bəhrəsini verməkdədir. "Elektron hökumət”, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə geniş şəraitin yaradılması artıq bir sıra ölkələrə nümunə də ola bilər. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq oldu ki, bu da artıq müsbət nəticəsini verir.
O da maraqlı məqamdır ki, beynəlxalq təcrübəyə əsaslanaraq vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin bir məkanda cəmləşdirildiyi "elektron hökumət” portalı "bir pəncərə” prinsipi əsasında yaradıldı.
Bu yazı Multimedia Mərkəzinin jurnalistlər arasında keçirdiyi “Onlayn Medİa” müsabiqəsi əsasında çap olunur.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb
17.11.2017
“Azəravtoyol” ASC-də YAP-ın 25 illiyi qeyd olunub
17.11.2017
Yevlaxda sakinlərə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub
17.11.2017
Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7716

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 İşə qəbul üzrə növbəti müsabiqə  
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info