Tanınmış rusiyalı kardioloq: Təzyiqi salmaq üçün bu 2 məhsuldan imtina edin
Tarix: 18.09.2020 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Rusiyanın populyar «Жить здорово!» verilişinin qonağı tanınmış kardioloq professor Simon Matskeplişvili bildirib ki, təzyiqi dərmansız salmaq üçün duzun qəbulunu minimuma azaltmaq lazımdır.

Duzlu yeməklər və şorabalardan sui-istifadə damarların ödemləşməsi və sərtləşməsinə səbəb olur. Nəticədə arterial təzyiq qalxmağa başlayır.

“Duzun məhdudlaşdırılması arterial təzyiqi dərmansız salmağa yardım edir” – həkim qeyd edib.

Həmçinin kardioloq bildirib ki, damarların digər əsas düşməni alkoqoldur. Spirtli içkilərin qəbulunun minimuma azaldılması və ya onlardan imtina təzyiqi dərmansız aşağı salmağa kömək edir.

Bundan əlavə həkimin sözlərinə görə, təzyiqə daha yaxşı nəzarət etmək üçün kaliumla zəngin olan qidaların (pomidor və pomidor şirəsi, ərik qurusu, cəfəri, ispanaq, kahı, brokkoli, kartof, banan və s.) istehlakını artırmaq laızmıdr.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, adi piyada gəzintilər də təzyiqi salmağa kömək edə bilir. Ümumiyyətlə piyada gəzintilər ürək üçün ən yaxşı fizki aktivlik növüdür. Hər gün ən azı 30 dəqiqə piyada gəzmək lazımdır.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Azərbaycan əczaçılarından Prezidentə dəstək
26.10.2020
Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
21.10.2020
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
20.10.2020
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
20.10.2020
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info