Ziyalı faciəsi…
Tarix: 01.11.2013 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


|

Bir neçə gün öncə Bakıdakı bir toyda qanımı qaraldan bir hadisənin şahidi oldum: Çox hörmət etdiyim, savadlı, şəxsiyyətli, bir qərinənin dil-ədəbiyyat müəllimi, filologiya üzrə mütəxəssis sözün hər mənasında cüvəllağı olan birinin, kriminal yollarla varlanıb, öz meşşan mahiyyətinə həm də "şair" görkəmi vermək iddiasına düşmüş birinin sifarişlə hansısa mirzəyə yazdırdığı "şeirlər kitabı"ndan sitatlar gətirirdi, bəh-bəhlə həmin "şeir" parçalarını toy əhlinə izhar edirdi...
Çox hörmət etdiyim həmin müəllimin meşşana bu cür "beyət" eləməsi əhvalımı çox korladı. Bu olay əslində onun timsalında Azərbaycan ədəbiyyatının faciəsidir, Azərbaycan təhsilinin faciəsidir, ən nəhayət, Azərbaycan ziyalısının faciəsidir...
Əslində bu müşahidəm və qənaətimlə bağlı ümumiləşdirmə aparmaq yerinə düşərdi. Belə ki, bu barədə “Facebook”da yazdığım status və ona yazılan şərhlərdən də bəlli olur ki, cəmiyyətdə oxşar hallar əslində tez-tez baş verir və müxtəlif sahələrdə eybəcər şəkildə təzahür edir. Bu halların elm, təhsil, ədəbiyyat kimi üstqurumlarda baş verməsinin artıq cəmiyyətimizdə normaya çevrilməyə başlaması isə bir daha hər kəsi, xüsusilə də ziyalı zümrəsini, elmi, mədəni elitanı düşündürməyə vadar etməlidir. Məsələn, adını çəkmədiyimiz bir professor, akademiyanın müxbir üzvü kiminsə faktiki plagiat olan “əsər”ini elə bir şəkildə tərifləyir və cəmiyyətə təqdim edir ki, bu işə sadəcə, mat qalmalı olursan. Halbuki belə hallarda bu cür yüksək mənsəbli professor və alimlər cəmiyyətdə tutduqları yüksək mövqe və imiclərinə görə istənilən zibili “sənət əsəri” kimi təqdim edəndə, bu, elə sənət əsəri kimi də tanınmağa başlayır. Çünki belə professorun mövqeyi, fikri ən azından öz nüfuzu dairəsində həqiqət, etalon kimi qəbul olunur. Beləliklə, elmdə, yaradıcılıqda “yüksək sənət əsəri” adına tam zibillik külliyyatı formalaşmış olur. Belə hallarda bu cür ziyalılar, professorlar sadə insanları hər cür abrakadabra “əsərlər”ə rəğbət bəsləməyə vadar etdiklərinin məsuliyyətini anlamalıdırlar. Çünki onlar belə hallarda əsər adı ilə təqdim olunanlar arasında “ağ”ı “qara”dan seçmək missiyasını öz üzərlərinə götürmək iddiası ilə çıxış edirlərsə, həm də mənəvi-əxlaqi məsuliyyət daşımış olurlar…





 
Müəllifin son yazıları

08.07.2014 Avtobus sürücüsündən ürkən turistlər...
16.12.2013 Vətəndaşlıq şüuru gücləndirilməlidir
14.10.2013 Sərdar Cəlaloğlu Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev kimiləri fakt qarşısında qoydu
19.09.2013 Eldar Namazov Rüstəm İbrahimbəyovu “baqaja qoydu”
03.09.2013 Platon şiə olub???

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info