Zaqatalada ölüm faktının üstü 9 ildən sonra açıldı
Tarix: 18.09.2020 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Məlumat verildiyi kimi, prokurorluq orqanlarının fəaliyyətinin əsas prioritet istiqamətlərdən biri, ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Zaqatala rayon prokurorluğundan Trend-ə bildirilib ki, aparılmış məqsədyönlü tədbirlər nəticəsində Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Əyyubova Seyran Şakir qızının 24.02.2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin 9 il sonra açılması təmin edilmişdir.

Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Seyran Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Polad İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Astarada yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
25.10.2020
Mingəçevirdə qonşuların davasında iki nəfər xəsarət alıb
24.10.2020
Gəncədə raket atəşi nəticəsində yaralanan 13 yaşlı Rusiya vətəndaşı vəfat etdi
24.10.2020
Sabunçu sakini bıçaqla qətlə yetirilib
23.10.2020
Ağstafada iki maşın toqquşub, xəsarət alanlar var

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info