Belarus sərhədlərini bağlayır
Tarix: 18.09.2020 | Saat: 18:58:00 | E-mail | Çapa göndər



Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin sərhədlərinin bağlanması haqqında açıqlama verib.


Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin sərhədlərinin bağlanması haqqında açıqlama verib.

Məlumata görə, sərhədlər Polşa və Litva ilə bağlanacaq. Belarus lideri vurğulayıb ki, bu qərar məcburiyyət ucbatından qəbul edilib.
Qonşu ölkələrin Belarusda seçki nəticələrini tanımadığını xatırladan Lukaşenko Venesuela ssenarisinin ölkəsində tətbiq olunmasına chd edildiyini deyib.
Lukaşenko Belarusa xarici müdaxilənin Polşa, Litva və Ukraynadan gəldiyini irəli sürüb və Avropa Parlamentinin Belarusdakı Prezident seçkilərinin nəticələrini tanımamaq qərarını tənqid edərək, "Ölkəmizdə konstitusiya və qanunlara uyğun olaraq seçki keçirildi. Seçkiləri tanımağınıza ehtiyacımız yoxdur. Seçkilər qanuni şəkildə keçirildi" deyib.
Kənardan Belarusa müdaxilə edənlərin sonrakı dövrdə nə edə biləcəklərini bilmədiklərini söyləyən Lukashenko əlavə deib ki, isti bir müharibəyə başlamazdan əvvəl bilirik ki, onların əlində çox az taktikalar var. Buna görə qoşunları daşımalı və ordunun yarısını müharibəyə hazır vəziyyətə gətirməliyik. Dövlətin sərhədlərini Qərbə, xüsusən Polşa və Litvaya bağlamalıyıq. Çox kədərlənərək qardaş Ukrayna ilə sərhədlərin təhlükəsizliyini gücləndirməliyik.
İsti müharibənin əleyhinə olduğunu vurğulayan Lukaşenko "Dəhşətli bir fəlakətin astanasındayıq. Əgər onlar (Avropa) buraya gəlsələr, cavab vermək məcburiyyətində qalacağıq. Tək olsaq da diz çökməyəcəyik" ifadələrdən istifadə edib.
9 avqustda Belarusda keçirilmiş prezident seçkilərində hazırkı prezident Aleksandr Lukashenko qalib gəldikdən sonra seçkilərdə saxtakarlıq edildiyi iddiaları ilə etirazlar başlayıb.




 
Bölməyə aid digər xəbərlər
28.10.2020
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
27.10.2020
Ermənilərin köhnə atəşkəs hiyləgərliyi: Hər dəfə yeni ərazilərin işğalı üçün cəhd ediblər - REAL FAKTLAR
27.10.2020
Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
27.10.2020
Erməni tankları ermənilərə qarşı
27.10.2020
Ermənistanda Paşinyanın istefası tələb olunur

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info