Azərbaycan bayrağı
Tarix: 01.11.2013 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


|

AZƏRBAYCAN BAYRAĞI

Gör necə yüksəkdə dalğalanırsan,
Arabir astaca yırğalanırsan,
Bakının üstündə hey fırlanırsan,
Ey üçrəngli Azərbaycan bayrağı!
Fəxr edir səninlə hər bir övladın,
Dünyada tanınır möhtəşəm adın.
Sevgisi olmusan hər bir insanın,
Ey üçrəngli Azərbaycan bayrağı!

Həm şimal, həm cənub sevinir necə,
Bakımın gecəsi dönüb gündüzə.
Baxırsan fərəhlə, sevinclə bizə,
Ey üçrəngli Azərbaycan bayrağı!


Köksümdə ürəyim Vətən oxuyur,
Xəzərdə dalğalar sahili yuyur.
Ayağın altında Xəzər uyuyur,
Ey üçrəngli Azərbaycan bayrağı!

Sən elə bir uca zirvədəsən ki,
Küləklər telinə qorxar toxunsun.
Əyilməz vüqarın var, biləsən ki,
Ey üçrəngli Azərbaycan bayrağı!

Kimsə səndən uca dayana bilməz,
Bir kərə yüksələn bir daha enməz.
Sən əbədi odsan, ocağın sönməz,
Ey üçrəngli Azərbaycan bayrağı!
2011


AXI MƏN AZƏRBAYCANAM


Dağ başından axan çayam,
Göylərdə ulduzam, ayam.
Məğrur duran dik qayayam,
Həm payızam, həm də yayam
Olarmı ki, bunu danam?
Axı mən Azərbaycanam!

Mənim qara, ağ qızılım
Saya gəlməz cah-calalım.
Heç sönməyən bir ocağam,
Hər ölkədə tanınanam,
Vətənimə şöhrət, şanam
Axı mən Azərbaycanam!

Dostlar qonaq gəlir hər an,
Görməyiblər belə məkan.
Hüsnün görən olur heyran,
Buna görə qəlbdən şadam,
Axı mən Azərbaycanam!

Ana Vətən gözəl məkan,
Ömür ötür zaman-zaman.
Belə deyir gedən karvan,
Qərinələr görən canam,
Axı mən Azərbaycanam!

Anam qaya, atam dağdır
Hər tərəfim bağça, bağdır.
Övladlarım torpaqlardır,
Elə bil ki, istehkamam,
Axı mən Azərbaycanam!

Bir yan güney, bir yan quzey
Ölkə sanki olub muzey.
Ucalıram qarlı dağam,
Sevinirəm kəhkəşanam,
Axı mən Azərbaycanam!

Od püskürür hər qarışım,
Himə bəndəm tez alışım.
Odur ki, ürəkdən yanan,
İstiqanlı, mehribanam
Axı mən Azərbaycanam!

Dostlarıma əsil dostam,
Düşmənləri parçalaram.
Papağım göy, başım duman
Babalardan dərs alanam,
Axı mən Azərbaycanam!

Pislə heç vaxt olmaz işim,
Belədir mənim vərdişim.
Torpağımın vurğunuyam,
Məni belə doğub anam,
Axı mən Azərbaycanam!

Qılınc kimi iti dilim,
Polad kimi vuran əlim.
Əsrlərdir ayım, ilim
Dünyaya şöhrətəm, şanam
Axı mən Azərbaycanam!

Neçə müharibə mənim,
Neftim ilə zəfər çalıb.
Qalıb bu ənənəm hələ,
Varlı, sərvətli cahanam
Axı mən Azərbaycanam!

İsmim candır can deyilir,
Duz-çörəyim mərd yeyilir.
Namərdlərə verməm aman,
Ariflər tək söz qananam,
Axı mən Azərbaycanam!

Yurdum bəlli, elim bəlli
Mayam təmiz, dilim bəlli.
Hər yerdə var bizim elli,
Məlumdur ki, nə məkanam?
Axı mən Azərbaycanam!

Növrağım bol, dövlətim çox
Hər gün gələn qonağım çox.
Yer üzündə belə yer yox,
Görən deyir mənə anam,
Axı mən Azərbaycanam!
2009


AZƏRBAYCANA

Sübh şəfəqi saçılıbdır hər yana,
Səhər-səhər sevinc verir insana.
Ürək gülür ilham gəlir bu cana,
Deyir salam olsun Azərbaycana.

Üzlərdə təbəssüm, gözlərdə işıq,
Baxırsan dörd tərəf gözəl, yaraşıq.
Sazını sinəyə basaraq aşıq,
Mizrabı dindirir Azərbaycana.

Kədəri, həsrəti ataraq birgə,
Əl-ələ tutaraq dayanaq cəngə.
Düşməni canından gətirək təngə,
Görən həsrət çəksin Azərbaycana.

Olmasın heç kəsdə təlaş, iztirab
İnsanlar hər zaman yaşasınlar şad.
Dillərdə nəğmələr, ağızlarda dad,
Yeyən əhsən desin Azərbaycana.

Pəri də sözünü qələmlə desin,
Qələbə günündə al-əlvan geysin.
Üz tutub hamıya fərəhlə desin,
Hər vaxt bahar gəlsin Azərbaycana.
2013


ƏZİZİM VƏTƏN


Ey Vətən torpağı əzizim mənim,
Gecənin qəlbində gündüzüm mənim.
Hər şirin kəlməmin düzümü mənim,
Sənsən anam qədər əzizim Vətən.

Sən mənim bükülməz qolum, qüvvətim,
Hörmətim, izzətim, şanım, şöhrətim.
Ölçüyə gəlməyən saf məhəbbətim,
Sənsən anam qədər əzizim Vətən.

Bu sevgi tükənməz nə qədər varam,
Sənsiz heç diyarda qərar tutmaram.
Olmasan əgər sən, mən yaşamaram,
Mənim anam qədər əzizim Vətən.

Qoy Tanrım həmişə səninlə olsun,
Önündə düşmənin burnu ovulsun.
Yenə bülbüllərin şən-şən oxusun,
Mənim anam qədər əzizim Vətən.

Qanadım olaydı mən də uçaydım,
Başının üstündə hey dolanaydım.
Sənə şirin-şirin layla çalaydım,
Mənim anam qədər əzizim Vətən.
Pərinin köksünə sığmır ürəyi,
Onun əqidəsi, fikri, gərəyi.
Dünyada əbədi sevgi mələyi,
Sənsən, anam qədər əzizim Vətən.
2010




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info