Tofiq Yaqublu məsələsində ən anlaşılmaz öz qızının tutduğu mövqe oldu
Tarix: 19.09.2020 | Saat: 09:55:00 | E-mail | Çapa göndər


"Tofiq Yaqublunun ev dustaqlığına buraxılması və müalicəsi üçün mülki klinikaya aparılaraq həkim nəzarətində saxlanılması ilk növbədə hakimiyyətin humanizm siyasəti, eyni zamanda məhkəmələrimizin ədalətli qərar çıxarmalarının məntiqi nəticəsidir."

Bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu reallıq eyni zamanda, T.Yaqublunun aclıq aksiyası üzərindən siyasi manipulyasiyaya cəhd göstərənlərə layiqli cavab oldu: "Beşinci kalon və onların ölkəmizdəki əlaltıları dəfələrlə neftin qiymıtinin dünya bazarında enməsindən, pandemiya nəticəsində iqtisadi-sosial vəziyyətinin ağırlaşacağı etimalından və s. bu məsələdən maksimum yararlanaraq dövlətin və hakimiyyətin üzərinə qara yaxmağa cəhd göstərsələr də, onların bu cəhdləri yenə də puç oldu. Bildiyimiz kimi, elə Yaqublu məsələsində onun həkimi Aqil Qeybulla ilk olaraq bəyan etdi ki, onun vasitəsi ilə çirkin kampaniyalar aparmaq marağında olanlar var və həkimin həmin sözlərindən qıcıqlanan bir qrup radikal müxalifət bu vasitə ilə əslində özlərini ifşa etmiş oldular. Baxın, sosial şəbəkələrdə hay-küy salanlar açıq-aşkar sanki Tofiq Yaqublunun həyatıın ağır təhlükə ilə qarşı-qarşıya qalmasını istəyirdilər. Hətta təəssüf edici haldır ki, Yaqublunun qızı Nigar Həzi də onlar kimi davranaraq sanki atasının səhhətinin daha da ağırlaşmasını istəyirmiş kimi davranırdı. Onun azadlığa çıxması "Milli Şura"nın "liderlərini" və xaricdə oturan qrant mühacirlərini çox məyus etdi. Onların xaricdəki qrant donorları da artıq bu çirkin planlarınlın alınmadığının fərqinə vardılar. Qalib isə ədalətli məhkəmə və ölkəmizdə davam edən humanizm siyasəti oldu".

T.Yaqublunun hələ həbsxanada olduğu müddətdə onun ciddi həkim nəzarətində olması, qızı Nigar Həzi ilə görüşməsi, Ombudsmanla individual görüşdə iştirakı, evi və ailəsi ilə mütəmadi telefon danışıqları aparması və s. kimi faktlar da qənaətə gəlməyə zəmin yaradır ki, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Qənimət Zahid, Sevinc Osmanqızı kimi şəxslər həmin müsbət çalarları görmək iqtidarında olmayıblar", deyən siyasi ekspert sonda onu da bildirib ki, onlar vaxtilə sırf təsadüf nəticəsində yol qəzası keçirən Oqtay Gülalıyevin də ətrafında bənzər oyunbazlıqlar göstərməyə çalışırdılar: "O.Gülalıyevin səhhəti dövlət qayğlsı ilə yaxşılığa doğru inkişaf etdikdən sonra artıq o, adları çəkilənlər tərəfindən unudulub. İndi isə növbə T.Yaqubludadır və O.Gülalıyev mövzusu "liderlərə" sərf etmir. Bu baxımdan, hesab edirəm ki, radikal düşərgə yetkililəri növbəti dəfə hakimiyyətin humanizm siyasəti qarşısında aciz, çıxılmaz və gülünc vəziyyətə düşdülər. Təəssüf ki, bu cür məğlubiyyətlər hələ də onların haray-həşirçiliklərini kəsmələrinə səbəb olmur. Onları nə Yaqublu, nə də Gülalıyev kimi məsələlər heç vaxt maraqlandırmaylb. İndi də həmin ətrafda öz yalanlarını uğursuz cəhdləri sayəsində gizlətmək istəyirlər. Amma yenə də məğlub olublar, bu, bir faktdır`




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
27.10.2020
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
27.10.2020
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi
27.10.2020
Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı
27.10.2020
İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
2 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
3 Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
4 Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
5 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info