AzTU daha bir ilkə imza atıb
Tarix: 19.09.2020 | Saat: 13:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universiteti (AzTU) daha bir ilkə imza atıb. Belə ki, 2020/2021-ci tədris ili üzrə universitetə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı onlayn formada aparılacaq. Bunun üçün abituriyentlər AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcək. Qeydiyyatdan keçmiş abituriyent üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin ediləcək.

Qeydiyyat zamanı abituriyentdən tələb olunan sənədlər:

1. 3x4 ölçüdə rəngli fotoşəkil (pdf, jpg),

2. Müvafiq ixtisasa qəbul olunmaqla bağlı DİM-dən sənəd,

3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti,

4. Tərcümeyi halın scan edilmiş surəti,

5. Hərbi biletin (hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin) scan edilmiş surəti,

6. Ödəniş qəbzinin (ödənişli əsaslarla təhsil üçün) scan edilmiş surəti,

7. Müraciət edən tərəfindən müqavilənin imzalanmış formasının scan edilmiş surəti,

8. Attestatın əslinin scan edilmiş surəti,

Təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək abituriyentlər üçün tələb olunan sənədlər:


1. Məcburi köçkünlər

a) Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,

b) Valideynlərin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,

c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları

a) Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,

b) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,

c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,

3. Şəhid ailəsi statusunu almış ailənin üzvləri

a) Valideynin şəhid olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,

b) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,

c) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən hər iki valideyni vəfat etmiş, hər iki valideynin himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş digər valideyni isə I və II qrup əlil olan 23 yaşınadək şəxslər təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

Bu kateqoriyalardan olanlar üçün tələb olunan sənədlər:


a) Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənədin scan edilmiş surəti,

b) Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,

c) Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti,

d) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,



5. Sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər, I və II qrup əlillər



a) Abituriyentin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti,

b) Abituriyentin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti,



Qeyd edək ki, sistem ixtisas seçimi bitdikdən sonra fəaliyyətə başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
27.10.2020
Azərbaycan və ingilis dili fənləri üzrə buraxılış imtahanları üçün proqramlar müzakirə edilib
26.10.2020
Azərbaycan alimi ABŞ-da nəşr edilən kitabın bir hissəsini yazıb
21.10.2020
Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
20.10.2020
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
17.10.2020
34 şagird və 21 işçidə koronavirus aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11801

1 Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır - “The Telegraph”
2 Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır
3 Manqal salatı
4 Əriştədən bir ailənin 9 üzvü öldü
5 İsraildən Azərbaycana humanitar yardım


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info